Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnternet televiziya xidmətləri beynəlxalq hüquqla tənzimlənəcək

İnternet televiziya texnologiyası olan OTT (Over The Top) xidmətinin beynəlxalq hüquqi tənzimləmə sənədinin hazırlanması üzrə işlərə bu il start veriləcək

PİA.az bildirir ki, bu barədə ONA-ya Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB üzrə regional şöbəsinin rəhbəri Kirill Oparin deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı yaxın 3 ildə pozitiv dəyişikliklərin olacağı və bu sahənin tənzimlənməsinə dair müvafiq qərarların veriləcəyi gözlənilir.

“Hazırda bu sahə beynəlxalq müstəvidə heç bir qanunvericiliklə tənzimlənmir və bu ilk növbədə operatorları qane etmir. Belə ki, faktiki olaraq “Whatsapp”, “Skype” və digər dünya nəhəngləri rabitə kanallarından pulsuz istifadə edərək öz xidmətlərini göstərirlər. Heç kim demir ki, onlar buna görə hər hansı ödəniş aparmalıdırlar. Lakin beynəlxalq müstəvidə ümumi razılaşma əldə olunmalıdır və məsələyə dair müvafiq qanunvericilik qəbul olunmalıdır”, – deyə K. Oparin bildirib.

BTİ-nin rəsmisi onu da qeyd edib ki, qurumun son konfransında OTT texnologiyasına dair qətnamə qəbul olunub.

“Qətnamədə hər hansı problemlərin həlli göstərilmir, lakin vurğulanır ki, məhz BTİ OTT texnologiyasının tənzimlənməsi ilə məşğul olacaq. Hüquqi tənzimləmə sənədinin hazırlanması da məhz bu qətnamənin əsasında aparılacaq”, – deyə K. Oparin qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar