Bazar ertəsi, 01 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İnternat məktəblərində qanuna uyğun psixoloji yardım həyata keçiriləcək

Nazirlər Kabineti “Ümumtəhsil internat məktəblərinin nümunəvi əsasnaməsinin təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib...

PİA.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda qeyd olunub ki, ümumtəhsil internat məktəblərində psixoloji xidmət fəaliyyət göstərir və "Psixoloji yardım haqqında" qanunun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçiriləcək. Psixoloji xidmətin təşkili qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Qeyd edək ki, ümumtəhsil internat məktəbləri aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, yetim və valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin təşkilində, onların xalqımızın milli ənənələri ruhunda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsində mühüm əhəmiyyətə malik təhsil müəssisələridir.

Bu məktəbləri imkan və şərait nəzərə alınmaqla, əsas və ya orta təhsil bazasında təşkil olunur.

Ümumtəhsil internat məktəbləri rayon (şəhər) təhsil şöbələrinin, habelə Təhsil Nazirliyinin tabeliyində olur. Xüsusi ümumtəhsil internat məktəbləri bilavasitə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. (Report)

pia.az


z

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Məktəblər sabahdan bağlanır? — Rəsmi açıqlama

Bölgədə vəziyyət nəzarətdən çıxır: “Əmr birbaşa Moskvadan verilir”

İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video

Professor maskasız günlərə dönüş tarixini açıqladı

Ramiz Mehdiyevin qardaşı oğluna yüksək vəzifə verildi

Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı

Azərbaycanda gəlin qayınanasını döydü: "Evə kişi gətirirdi və..." - Şok Video

Erməni vəhşiliyi: İçində körpələr də olan mülki adamları bir-birilərinə bağlayıb, yandırıblar - Video

Türkiyə bu dəfə yaxın mənzilli zenit-raket kompleksini təqdim etdi — Video

Ən çox oxunanalar