Çərşənbə, 23 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Instagram”da çoxdan gözlənilən dəyişiklik

Paylaşımları planlaşdırmaq mümkün olacaq...

Dünyanın ən məşhur sosial media platforması olan “Instagram”-da çoxdan gözlənilən dəyişiklik istifadəyə verilib. Yeni dəyişikliklə artıq paylaşımları planlaşdırmaq mümkün olacaq.

Xüsusən sosial media menecerlərinin işini asanlaşdıracaq yenilik “Facebook”un Beynəlxalq Yayım Müqaviləsi çərçivəsində ictimaiyyətə açıqlanıb.

Dəyişiklikdən bütün şəbəkə istifadəçiləri yararlana bilərlər.

Bəs “Instagram” üzərindən paylaşımları necə planlaşdırmaq olar?

Bunun üçün “Facebook”da qeydiyyatda olmaq lazımdır. Ardınca “Instagram” səhifənizi açıb “Paylaşım yarat” seçimini etmək tələb olunur. Burada qarşınıza “Zamanla” seçimi çıxır. Bu seçimlə postunuzu istənilən tarixə planlaşdıra bilərsiniz. /Oxu.az

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: “Instagram”

loading...

Ən çox oxunanalar