Cümə axşamı, 06 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“İnsanlar sahə həkimlərinin ümidinə qaldı”

Tanınmış həkimdən həyəcan təbili...

Tanınmış nevropotoloq Qalib Əsədov digər ölkələrdə koronavirusa yoluxmuş xəstələrin müalicəsində geniş şəkildə istifadə edilən dərmanların Azərbaycanda satışda olmaması problemini gündəmə gətirib.

Tanınmış həkim fikirlərini sosial şəbəkədə paylaşıb: "İlk dəfə bu virus Çində can almağa başlayanda Li Veinlang Haray saldı. Çin hökuməti panika yaratdığı üçün bu həkimi polisə çağıraraq xəbərdarlıq etdi. Həkim özü sonradan COVİD 19-a yoluxaraq dünyasını dəyişdi amma sonrakı hadisələr göstərdi ki, nə qədər haqlı idi.

Gələk Azərbaycana. 103 xidməti Səhiyyə Nazirliyinə veriləndən sonra telefonları ümumiyyətlə susdu. İnsanlar qaldı sahə həkimlərinin ümidinə. Getdikcə artmaqda davam edir xəstəlik. Yer yoxdur deyirlər, əlbəttə anlayıram. Yüngül xəstələr evdə müalicə olunmalıdır. Zatən bunu hələ mart ayından deyirdik. Amma necə? İtburnu çayı ilə, yoxsa sarımsaqla?

Niyə bütün ölkələrdə antiviral dərmanlar (Favipiravir, Hidroksixlorxinin, lap elə Tamflyu) apteklərdə rahat satışda olduğu halda bizdə yoxdur? Mən bir neçə farmokoloqla danışdım. Deyirlər Səhiyyə Nazirliyinin lisenziyası yoxdur deyə ölkəyə gətirə bilmirik. Belə bir ağır gündə bu tip dərmanların lisenziyasını operativ həll etmək lazımdır. Necə olur dazı otuna nə bilim N qədər generik, keyfiyyətsiz dərmanlara lisenziya verildiyi halda, antiviral dərmanlara pandemiya vaxtı lisenziya verilmir. Aptekləri dərmanla təhciz edin, sonra xub... evdə müalicəmizi alaq.

Ekspress testləri ölkəyə gətirmək olmaz. Seroloji testləri bir neçə özəl klinika edə bilər. PZR testlərin qiymət də maşalaah 110 manat. Axı niyə? Qonşu Gürcüstanda, Türkiyədə bu dərmanlar açıq satışda olduğu halda, analizlər bir neçə dollar olduğu halda, ekspress testlər pulsuz aparıldığı halda niyə bizdə belə vəziyyətdir? Təcili yardımın telefonu qaldırmaması, 2 gündən sonra gəlməsi, testin cavabinin 4 günə hazır olması nə deməkdir? Doğrudanmı..? Nöqtələrin yerinə söz tapa bilmədim.

Cox az itki ilə bitirə bilərik. Yetər ki, dərman olsun! Yetər ki, hamılıqla bunu istəyək, əl ələ verək. Zor gücünə problem həll olunmur, mənim əzizlərim! Zorla insanları evdə oturmağa məcbur etməklə bu savaşı qazana bilməyəcəyik. Bir-iki məmurun səriştəsizliyi üzündən polis də əziyyət çəkir, vətəndaş da, həkim də.

Həkimlərin üzünü ağardan dərmandır! Beynəlxalq protokollara düşmüş dərmanları gətirin, apteklər dolsun. İnsanlar adicə vitamin tapmaq üçün əziyyət çəkməsin. Yalnız bundan sonra evdə müalicəni tətbiq etmək, çölə çıxan virusa yoluxmuş xəstələri cəzalandırmaq olar".

pia.az


Etiket: Qalib Əsədov


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nadir Qafarzadə: “Bezmişəm, axırda canıma qəsd edəcəm“

Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi

Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs bank işçisiymiş, keçmiş əri isə...

Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ

Vüsal Kərimli iki milyonluq tenderi öz şirkətinə verib?

"Nə tez məni xalq düşməni etdiniz?" - Elnarə Xəlilova

DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib olub 

Ədalət Vəliyev generalla ordudakı vəziyyəti müzakirə etdi

Karantin yenidən sərtləşdirilə bilər? – Rəsmi açıqlama

loading...

Ən çox oxunanalar