Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanlar olmasaydı, planetimiz nə vəziyyətdə olardı?

Dünyanın gözəlliklərini bir tərəfdən dəlicəsinə sevirik, digər tərəfdən isə hər dəqiqə məhv edirik...

Gökhan Özcan

“Yeni Şafak” qəzeti, Türkiyə, 13 fevral 2020-ci il

Bu yaxınlarda “Life After People” (İnsanlardan sonra həyat) adlı bir sənədli film izlədim. Filmdə yaşadığımız adi günlərin birində yer üzündəki bütün insanlar qəflətən yoxa çıxsa, nə baş verəcəyi araşdırılırdı. Elmi məlumatlarla və hazırki vəziyyətlə gələcəyin necə olacağını hesablayıblar. 1 dəqiqə, 3 gün və ya 10 il sonra nələr olacağı ardıcıl şəkildə qurulur. Bu şəkildə bir çox suala obyektiv cavablar verilib.

Bu suallar nədən ibarətdir?

Məsələn, sistemə həyat verən enerji cihazları insanlar tərəfindən idarə edilmədən daha nə qədər davam edə bilər? Onlar qəflətən dayansa, nə olar? İnsanların böyük şəhərlərdə yaratdığı nizam pozulsa, vəziyyət hara gəlib çıxar? İnsanların bəslədiyi bütün ev heyvanları necə qidalanar?

Məsələn, elektrik enerjisi kəsildikdən sonra nüvə stansiyalarının soyutma qurğuları dayansa, qızdırılan reaktorlar partlaya bilər. Belə olsa, onda yer üzü nə hala düşər? Yaxud da müəyyən fasilələrlə suyu boşalaraq təzyiqi azaldılan nəhəng anbarlar dağılsa, necə olar?

Qısaca, bu sənədli filmdə bir çox fəlakət ssenarisi yazılıb və elmi əsaslarla təsvir edilib. Bütün bunların cəmini təşkil edən əsas ssenariyə görə, dünya əvvəlcə, həqiqətən qorxulu bir planetə çevrilir. Sanki, hər şey bir-birinə qarışır, şəhərlər dağılır, ərazilərin çox hissəsi su altında qalır, ev heyvanlarının əksəriyyəti epidemiya və aclıq ucbatından tələf olur.

Bütün bu xaos baş verdikdən sonra təbii həyat özünü yeniləməyə başlayır və ətraf mühit bütün çirklənmədən təmizlənir. İnsanların birbaşa və ya dolaylı olaraq səbəb olduğu bütün səbəblər və nəticələr də yer üzündən tədricən silinir. Dünya özünə gəlir, təbiət addım-addım əvvəlki canlılığına, zənginliyinə və gözəlliyinə qayıdır. Yer kürəsi hamımızın 250-500 il ərzində yaşamaq istədiyi sakit bir yuvaya çevrilir.

İnsan ehtiraslarının bütün çirkinliyi ilə yer üzündən bir-bir axıb getməsində və öz təbiətinə qayıtmasında kim iştirak etmək istəməz ki? Cəngəlliklərdə azad bir sarmaşıq olmaq, havalar soyumamış köçəri quşlarla birgə isti ərazilərə uçmaq, Himalay dağlarının qarı olmaq, Toros dağlarında baharı gözləmək, Nil çayı ilə qıvrılıb Afrikanın içinə doğru axmaq, Fuji dağının ətəyində albalı çiçəyi kimi açılmaq, Saxara səhrasınada bərq vuran nəfis bir ay işığı olmaq necə möhtəşəm olardı.

Gözəllik deyəndə dünyanın hər yerindən gələn gözəllikləri xatırlayırıq. Bunlar məhv etməyə, çirkləndirməyə, azaltmağa çalışdığımız gözəlliklərdir. Bu gözəllikləri bir tərəfdən dəlicəsinə sevirik, digər tərəfdən isə hər dəqiqə məhv edirik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar