Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanlar ailələrindən daha çox dostları ilə xoşbəxtdirlər

Ailə ilə birgə olmağın insanlar üçün dostlarla görüşmək qədər xoşbəxtlik gətirmədiyi məlum olub.

Amerikalı alimlərin bununla bağlı apardıqları araşdırma “Journal of Personality and Social Psychology” dərgisində dərc edilib.

Ailələri və dostları ilə birgə vaxt keçirən insanların xoşbəxtlik dərəcəsini tədqiq edən mütəxəssislərin təcrübəsində 400 nəfər iştirak edib. Onlardan ailə və dostlarla ünsiyyətdən hansı duyğular keçirdikləri soruşulub. İştirakçılar bu kimi görüşlər zamanı nə etdiyi və 6 ballıq emosional şkala üzrə öz təcrübələrini dəyərləndirməli olublar.

Yekunda dostlarla birgə vaxtkeçirmənin subyektiv xoşbəxtlik səviyyəsinin ailədən daha yüksək olduğu ortaya çıxıb. Araşdırmaçılar bunu dost çevrəsində insanların dincəlməyə və boş vaxtlarını keçirməyə meyilli olmaları ilə izah ediblər. Yaxınlarla birgə keçirilən zaman isə gündəlik həyatla və heç də həmişə xoş olmayan rutinlə bağlıdır.

Dostlarla keçirilən vaxtın 65 %-nin ünsiyyətlə əlaqəli olduğu üzə çıxıb. Ailə ilə birgə belə hallar 28 % olub. Eyni zamanda təcrübə iştirakçıları ev öhdəlikləri xatırlanmadıqca öz yaxınları barədə müsbət danışıblar.(report)

pia.az

 


Etiket: ailə dostlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar