Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsandan heyvana ilk meymunçiçəyinə yoluxma halı qeydə alınıb

İnsandan heyvana ilk meymunçiçəyinə yoluxma halı qeydə alınıb.

Bu barədə Parisdəki (Fransa) Sorbonna Universitetinin infeksion xəstəliklər üzrə mütəxəssislərinin “The Lancet”də dərc etdiyi araşdırmada bildirilir.

Məlumata görə, meymunçiçəyi iki kişi ilə birlikdə yaşayan itdə müəyyən edilib. Heyvanın onlardan biri tərəfindən yoluxmuş ola biləcəyi deyilir.

Kişilərin hər ikisinə iyunun əvvəlində meymunçiçəyi diaqnozu qoyulubmuş. İlk simptomlardan 12 gün sonra isə onların 4 yaşlı itlərində dəridə və selikli qişalarda çoxsaylı zədələr, o cümlədən iri irinli sızanaqlar və xoralar görünüb. Daha sonra itə PZR testi aparılıb və nəticələr müsbət olub.

Pasiyentlərin sözlərinə görə, onlar itə yataqlarında yatmasına icazə veriblər.

Həkimlər onu da vurğulayıblar ki, yoluxmuş itin meymunçiçəyi virusunu insanlara ötürə biləcəyi hələlik məlum deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar