Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Məhəmmədrza Baharinin 16 ildən sonra dilə gəlməsinin səbəbləri

Əslən Güney Azərbaycandan olan iş adamı Məhəmdrza Bahari yenidən ölkə rəhbərliyinə və nüfuzlu dövlət adamlarına qarşı qaralama kampaniyasına başlamağa cəhd edib. Hələ 2017-ci ildə (Bahari o zaman nədənsə Xəlilpur soyadı ilə meydana çıxmışdı) qondarma iddialarlıa çıxış edib beynəlxalq məhkəmələrə müraciətdə bulunduğunu bildirərək dövlət başçısını və digər nüfuzlu şəxsləri təhdid etsə də, bu qara-qışqırığından nəticə əldə edə bilmədi. İki il susqunluq nümayiş etdirən Məhəmmədrza Bahari nə baş verdisə, yenidən 2019-cu ildə qondarma ittiham və iddialarla çıxış etməyə başlayıb.

İddiasına görə, guya o, Azərbaycanda “Caspian fish” adlı zavodu qurub və sonra onu bu şirkətin idarəçiliyindən kənarlaşdırıblar. Sual olunur: cənab Bahari 2001-ci ilin fevral ayının 11-də açılmış şirkətlə bağlı iddiaları niyə 16 il sonra qaldırmağa başlayıb? Əgər həqiqətən haqlı idisə və dorğudan da əlində təkzibedilməz faktlar və sənədlər var idisə, niyə bu qədər müddəti gözləyirdi? İkincisi, əgər həqiqətən 2017-ci ilin martında məhkəməyə müraciət etmişdisə, bu iki ildən artıq zaman ərzində niyə həmin məhkəmə prosesinə hazırlıq iclası belə keçirilməyib?

Cənab Bahari son müsahibəsindəki çaşqınlıqları, sualları cavabsız buraxması, beynəlxalq qurumların adından hədə-qorxu gəlmələri və digər açıqlamaları ilə onu da göstərdi ki, o kimlərinsə buyruğu ilə oturub durur və həmin kimsələrin tezisləri olmadan “bir çuval ənciri bərbad etmək”dən qorxur.

Baharinin açıqlamalarında diqqət çəkən məqamlardan biri odur ki, onun Azərbaycan hakimiyyətinin başçısına və eyni zamanda, akademik Arif Paşayevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova qarşı irəli sürdüyü iddiaları adını çəkmədiyi hansısa fırıldaqçı gürcü iş adamının iddiaları ilə eyni vaxta düşüb və avropalı jurnalistlərin “araşdırmalarında” bu iddialar birləşdiriliblər. Bunun özü belə bütün bu iddiaların eyni mərkəzdən yönləndirildiyinin göstəricisidir. Çünki necə oa bilir ki, ayrı-ayrı media orqanları nın hamısı həmin iddiaları birləşdirib “araşdırırlar”? Bu məntiqə sığmır...

Necə olubsa, Məhəmmədrza Baharinin 16 il əvvəlki “ədavəti” avropalı antiAzərbaycan “araşdırmaçı” jurnalistlərinin və təşkilatları tərəfindən ölkəmiz əleyhinə qarayaxma kampaniyasına başladıldığı indiki vaxtda yada düşüb. Marqlıdır ki, digər fırıldaqçı iş adamının da köhnə “haqq-hesabları” Azərbaycana qarşı kampaniyaya start verildiyi zaman meydana çıxıb. Və bütün bunlar Azərbaycan Respublikası adından Avropa İttifaqı ilə assosiativ sazişin imzalanması ərəfəsində baş verir.

Təsadüfdirmi? Bizcə xeyr! Bizcə bütün bunlar bir mərkəzdən idarə olunur. Azərbaycana qarşı korrupsiya ittihamı ilə çıxış edən “araşdırmaçı” jurnalistlərin ittihamlarının, iki fırıldaqçı iş adamının əsassız iddialarının eyni vaxtda gündəmə gətirilməsi təsadüf sayıla bilməz.

Əslində bu kampaniyaya Azərbaycanda istismarçı iştahası ilə gəlmiş transmilli şirkətlərin ölkədən getməsindən sonra start verilib. Azərbaycan prezidenti İlham Əliyevin 3 il öncə hökumətin müşavirəsində BP ilə bağlı söylədiklərini xatırlayaq.Həmin müşavirədə ölkə rəhbəri dövlətimizin və xalqımızın maraqlarını önə çəkərək bildirirdi ki, xarici şirkətlər ölkənin enerji ehtiyatlarının istismarından daha çox pay götürdükləri vaxt (“Əsrin müqaviləsi”nə əsasən, ilk illər gəlirin böyük hissəsi qoyduqları investisiyaya görə xarici transmilli şirkətlərin payına düşürdü) cani-dildən çalışaraq daha çox neft hasil edirdilər. Elə ki, müqaviləyə əsasən, gəlirlər Azərbaycanın xeyrinə dəyişməyə başladı, BP və digər şirkətlər cığallıq edərək hasilatı müxtəlif bəhanələrlə azaltdı. Ölkə başçısı bu istismarçıların oyununu pozdu. Sonra bir sıra transmilli şirkətlər istismarçı planlarının pozulduğunu görərək ölkəmizi tərk etdilər. Ölkəni tərk etdikdən sonra bu transmilli şirkətlər anti-Azərbaycan təşkilatlarına donorluq edən qurumlara külli miqdarda vəsait ayırdılar. İndinin özündə də antiAzərbaycan layihələrə Azərbaycandan “küsmüş” transmilli şirkətlərdən “xeyriyyə yardımı” alan donor təşkilatları tərəfindən külli miqdarda qrantlar ayrılır.

Məhz xarici şirkətlərin ədalətsiz maraqları təmin olunmayanda, ölkəmizə və ölkə rəhbərimizə qarşı müxtəlif xarakterli qarayaxma və böhtan kampaniyasına start verildi. Bu kampaniya üçün bəzi antiAzərbaycan avropalı deputatlar, beynəlxalq təşkilatların və xarici dövri nəşrlərin təmsilçiləri daxil olmaqla böyük bir şəbəkə yaradıldı. Artıq bu şəbəkəyə şər-şəbədə iş adamları da tapıb qoşublar. Yağlı Azərbaycan tikəsindən yenidən daha çox pay almaq üçün edilən təzyiqlərin yeni forması ortaya atılır. Yəni Qərbin antiAzərbaycan qüvvələri yeni “kartlar” açaraq öz oyun qaydalarını ölkəmizə və dövlət rəhbərliyinə diqtə eləməyə cəhd edirlər...

Azər QARAMANLI
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar