Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnhisar və gömrük problemləri həll edilməsə, irəliləyiş mümkün deyil” - Sabiq nazir

Dünya maliyyə qurumları Azərbaycan iqtisadiyyatının artım proqnozlarını yaxşılaşdırdı, amma məsələ rəqəmlərdə deyil

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 2,3% artım nümayiş etdirəcək. Bu barədə “World Economic Outlook” beynəlxalq strukturunun aprel hesabatında deyilir. Analitiklərinin fikrincə, 2022-ci ildə ölkəmizdə iqtisadi artım 1,7% olacaq. Eyni zamanda, cari il üçün proqnoz bu təşkilatın əvvəlki hesabatına nisbətən 0,3 faiz yaxşılaşdırılıb.

BVF-dən nümunə götürərək, Dünya Bankı (DB) da 2021 və 2022-ci illərdə Azərbaycanda iqtisadi artımın sırasıyla 2.8 və 3.9% səviyyəsində olacağını gözləyir. Belə bir qiymətləndirmə DB-nin Avropa və Orta Asiya bölgəsi üçün iqtisadi hesabatında yer alır. Cari ildə ÜDM artımı proqnozu bankın yanvar ayında verdiyi qiymətlə (1,9%) müqayisədə 0,9 faiz bəndi yaxşılaşdırılıb, lakin 2022-ci il üçün verilən proqnoza (4,5%) nisbətən 0,6 faiz bəndi pisləşib. DB-nin hesablamalarına görə, 2023-cü ildə Azərbaycanın ÜDM artımı 3,4% olacaq.

Dünya Bankına görə, orta müddətdə Azərbaycan iqtisadiyyatının artımı üçün müsbət amillər neftin qiymətinin sabitləşməsi, eləcə də Qarabağın bərpasına yatırımlardır. “Ermənistan ilə Azərbaycan arasında atəşkəs razılaşmasının bölgədəki geosiyasi gərginliyin azaldılmasına kömək edəcəyi gözlənilir, baxmayaraq ki, sabitlik üçün risklər qalır”, - deyə hesabatda bildirilir.

Bu cür ssenarilərin mahiyyəti və onların ölkəmiz üçün əhəmiyyətini AYNA-ya şərh edən sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifovun sözlərinə görə, söhbət proqnoz və rəqəmlərdən deyil, iqtisadi vəziyyətin, inkişafın gerçək şərtlərindən gedir: “Buna nail olmaq lazımdır, o zaman iqtisadiyyatın artımı da problemsiz olacaq. Ancaq orta və kiçik müəssisələrin inhisar, gömrük, maliyyə əlçatanlığı ilə bağlı problemlərini ciddi şəkildə həll etməsək, müsbət irəliləyiş olmayacaq. Çünki bu əsas vəzifələri həll etmədən yaxşı nəticələrdən danışmaq çətindir. Məsələn, statistik məlumatlar altı ildə Azərbaycanda real sektorun 40%-dən çox artdığını bildirir. Sual yaranır: niyə hesabat illərində idxal 4.7 milyard dollar və ya 7.7 milyard manat artdı? Axı real sektor müəyyən bir şəkildə inkişaf edirsə, niyə xarici məhsulların idxalı böyüyür və artır? Bu məlumatda elementar məntiq görmürəm”.

rofessor əmindir ki, burada iş rəqəmlərdə də deyil: “İqtisadiyyatın, biznesin və istehsalın inkişafı üçün uyğun şərtlər tələb olunur. Kiçik və orta sahibkarlar depressiyada qaldıqları və inhisarçılığın və korrupsiyanın təzyiqini hiss edərək, maliyyələşmə imkanı olmadığı müddətdə iqtisadi artım mümkün deyil. Beynəlxalq qurumlar nə deyir desin, ilk növbədə bu prioritet məsələlərin həll yollarını axtarmaq lazımdır. Gömrükdə normal iş şəraitinə nail olmaq lazımdır, çünki indi vergilər və rüsumlar hazırda idxal məhsullarının dəyərinin 40%-ni təşkil edir, idxalçılar tərəfindən bəyan olunan malların dəyəri nəzərə alınmır və ölkə daxilindəki pərakəndə qiymətlər əsas götürülür”.

“İqtisadiyyatın inkişafı üçün kreditlərin maya dəyərini azaltmaq lazımdır, çünki 20-25% dərəcələri biznesin və istehsalın inkişafı üçün nəzərdə tutulmayıb. Sahibkarları maliyyə mənbələri ilə təmin etmək və bürokratik müdaxiləyə son qoymaq, bu kimi maneələri aradan qaldırmaqla iqtisadiyatımızı yüzdə 2 faiz yox, yüzdə 10-15 faiz böyüdə bilərik”, - deyə Yusifov vurğulayıb.

UNEC-in Beynəlxalq İqtisadiyyat Departamentinin dosenti Emin Qəribli mövzuya dair AYNA-ya açıqlamasında beynəlxalq maliyyə qurumlarının gözləntilərinə toxunaraq, ötən ilin bütün dünya ölkələri üçün olduqca çətin olduğunu, lakin buna baxmayaraq, Azərbaycanın nisbətən yaxşı göstəricilər nümayiş etdirdiyini qeyd edib: “Ümumiyyətlə, proqnozlarla müqayisədə ölkəmizin nəticələrinin mənfi ilacağı gözlənilən idi. Bu, qlobal iqtisadi qarışıqlıq - neftin qiymətinin azalması, eləcə də qlobal bazarda və dünya iqtisadiyyatındakı mənfi tendensiyalarla əlaqədardır”.

“Bununla birlikdə, ilin sonuna qədər ölkəmizin maliyyə göstəriciləri yaxşılaşdı, sabitləşmə istiqamətində açıq bir tendensiya meydana gəldi və hökumətin pandemiyanın nəticələrinə qarşı mübarizə tədbirləri gözlənilən nəticələri verdi. Maddi vəziyyət normallaşır. Nəticə etibarilə xarici təşkilatlar reytinqlərimizi yüksəltməyə başladı və bu, ölkənin əsas ixrac mənbəyi olan neftin bahalaşmasından böyük ölçüdə təsirləndi. Axı, bir qayda olaraq, reytinq müəllifləri proqnozlarını cari göstəricilərə əsasən verirlər”, - deyə ekspert söyləyib.

Qəriblinin dediyinə görə, keçən il neft qiymətlərinin mənfi rekordlar vurması ilə beynəlxalq analitiklərin yerli iqtisadiyyata dair gözləntiləri də xoşagəlməz oldu: “Bu il dünya birjalarında neft indeksləri yüksəldi və beynəlxalq maliyyə qurumları pozitivə keçid etdi. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun hesabatlarına görə, ölkədəki iqtisadi vəziyyətin ötən böhran ilində müşahidə olunan vəziyyətlə müqayisədə yaxşılaşdığını görmək olar. Makroiqtisadi göstəricilər qlobal iqtisadiyyat miqyasında da yaxşılaşır. Bu il dünya iqtisadiyyatının 6 faiz böyüməsi proqnozlaşdırılır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar