Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İngiltərənin ən varlı adamı “Mançester Yunayted”i almaq istəyir

Britaniyalı milyarder Cim Retkliff satışa çıxarılacağı təqdirdə “Mançester Yunayted”i almaq niyyətində olduğunu bildirib.

Başlanğıc üçün Retkliff klubda ən azı hissə almağa hazırdır, çünki mətbuatda Qleyzer ailəsinin “Mançester Yunayted”ə yeni sərmayə qoymağı planlaşdırdığı və minoritar səhm paketini satmağı düşündüyü barədə məlumatlar var.

69 yaşlı Retkliff İngiltərənin ən varlı adamıdır. O, “Ineos Group Ltd” şirkətinin baş direktoru və “Ineos Grenadiers” velosiped komandasının sahibidir. Futbola gəlincə, 2019-cu ildə britaniyalı “Nitsa”nı 100 milyon avroya alıb. O, həmçinin İsveçrə çempionatının “Lozanna” klubunun sahibidir.

Xatırladaq ki, daha əvvəl amerikalı iş adamı İlon Mask sosial şəbəkədəki səhifəsində “Mançester Yunayted”i almaq niyyətində olduğunu bildirsə də, sonradan bunun zarafat olduğunu yazaraq öz mesajını təkzib etmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar