Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İngilissayağı böhtan

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov yazır

Mayın 29 u ölkəmiz növbəti dəfə beynəlxalq medianın diqqət mərkəzində olacaq. Bu dəfə, dünyanın futbol aləminin klub turnirləri içərisində ikinci ən mötəbər turniri olan Avropa liqasının finalı Bakıda keçiriləcək. UEFA nın bu qərarı verilərkən, liqanın finalına hansı komandaların çıxacağı, təbii ki, məlum deyildi. Keçən həftə məlum oldu kı, bu, iki ingilis komandası – Arsenal və Çelsidir. Elə hər şey, bundan sonra başladı. Həmişə olduğu kimi, mötəbər beynəlxalq yarışlardan əvvəl Azərbaycanın bostanına daş atmaq, ölkəmizi mənfi obrazda qələmə vermək lazım idi. Əgər, bu, obyektiv şəkildə olsaydı ingilisləri alqışlamaq olardı. Lakin…

Açığı, Britaniya XİN –nin Bakı haqqında dedikləri nəinki gülməli, ingilis nəzər nöqtəsindən, faciəvidir. İngilis XİN –nin bəyanatını olduğu kimi təqdim edirəm- İngiltərənin Xarici İşlər Nazirliyi final üçün Bakıya gələcək vətəndaşlarını xəbərdar edib:

1.»Final oyunu ərəfəsində insanların sıx toplaşdığı yerlərdə, bar və «pub»ların qarşısında, otellərdə dinc insanlara qarşı terror aktları törədilə bilər. Ona görə də ehtiyatlı olun”.

2. “Bakıda cinayətkarlıqla mübarizənin səviyyəsi çox aşağıdır. Siz şəhərin mərkəzində, barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz. Ona görə də, az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin. Çalışın heç kimə rüşvət verməyin.»

Birinci tövsiyyə ilə bağlı onu qeyd etmək olar kı, Bakıdan fərqli olaraq London və Paris 2000 ci ildən bu tərəfə bir neçə dəfə terrora məruz qalmışlar. Ona görə də, final oyunu ərəfəsində bu cür bəyanat vermək etik və diplomatik normalara sığmayan mövqedir. 1970 ci ildən bugünə qədər Britaniyada ən azı 28 terror aktı həyata keçirilib.

İkinci tövsiyyə lap gülməlidir. “Siz şəhərin mərkəzində, barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz. Ona görə də, az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin”. Sözün bitdiyi an – buna deyərlər. Maraqlı cümlədir. Bu lap valideynin yeniyetməyə verdiyi məsləhətə oxşayır. Cibindəki puldan ehtiyyatlı ol, oğurlayarlar! Zaman – zaman dünyanın müxtəlif şəhərlərində cinayətlər törədilə bilinər, bundan heç bir şəhər sığortalanmayıb. Son bir neçə ildə London da, Paris də ən qatı cinayatkarlığın mərkəzi olmuşlar. Məsələn, ən son yadımızda qalanlardan elə Parisin küçələrində oğurluğun tuğyan etdiyi, avtomobillərin və mağazaların vitrinlərinin sındırıldığını misal çəkə bilərik. Və ya Londonda bar və klubların ətrafında nələrin tuğyan etdiyi hamıya məlumdur. Bakı London və Parisdən dəfələrlə daha təhlükəsiz şəhərdir. Yaxşı olardı kı, bu kimi bəyanatlar verilərkən statistikaya nəzər yetirilərdi. 2015 ci ildə, BMT nin Narkotiklər və Cinayətlər üzrə idarəsinin hesabatına əsasən Azərbaycanda zorlama halları 0.33 , soyğunçuluq 2.5, oğruluq 60,86,qaçırılma 0,65,Britaniyada zorlama halları 40,08, soyğunçuluq 63.06, oğruluq 1743,95, qaçırılma 114,47 olmuşdur. Beləliklə, statistika hər şeyi deyir.

Britaniya XİN nin bəyanatından sonra ingilis mətbuatı da Bakıda keçiriləcək oyunla bağlı bir sıra nöqsanları qeyd etmişlər. Əvvala qeyd edim ki, finalın Bakıda keçirilməsi qərarı UEFAnın son iki ildə həyata keçirdiyi Avropa qonşuluq siyasəti və futbolun coğrafiyasının yayılması ilə bağlıdır. Təbii ki, Londondan Bakıya məsafənin yaxın olmadığı mənə də məlumdur. Ancaq, burada ingilis eqoizmini kənara atmaq lazımdır. Məgər hansısa gürcü, türk və ya rus idman yarışlarının finalının Londonda və ya Osloda keçirildiyi zaman bu qədər gileylənirdi mi?

İngilislər bilətlərin baha olması və ya artıq satıldığını,vizanın çətinliklə alınmasını qeyd ediblər. Elə bu gün AZAL tərəfindən verilən bəyanata əsasən oyun ərəfəsində bir neçə çarter reysinin həm bizim aviaşirkət ( 40 reys), həm də Avropa aviaşirkətlərinin reallaşmasının mümkünlüyünü bildirmişlər. O ki qaldı, viza məsələsinə. Bu da cəfəngiyyatdır. Avropa liqanın finalının bileti elə özü vizadır.

Yeri gəlmişkən, ataların bir deyimi var – “oğru oğruya oğru deməsə bağrı çatdayar”. İngilis stadionlarında oyunlardan əvvəl və sonra nələrin yaşandığı, ingilis fanatlarının bir – birilərinə və xaricilərə qarşı necə amansız olduqları hamıya məlumdur. Dəfələrlə stadion və kənarlarında kütləvi davaların, ölum hallarının olması ingilis futbolu və cəmiyyəti adına ləkədir. Futbolda bu kim ləkələri daşıyan bir ölkənin XİN nin və KİVlərinin Bakı ilə bağlı mənfi obrazda çıxışları ən azı ingilislər adına yaxşı hal deyil. İlk dəfə deyil. Azərbaycan dəfələrlə dünya miqyaslı turnirlərin, yarışların, konfrans və forumların ev sahibi kimi ən yüksək, peşəkar təşkilatçı olduğunu sübut etmişdir. Kaş ki, elə başqaları da bizlər kimi qonaqpərvər, sülhsevər və üzügülər olsun.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar