Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İndi onların yuxusu ərşə çəkiləcək - MSK kimə və ya kimlərə "yox" deyəcək?

Xəbər verdiyimiz kimi, bu gün MSK-nın növbəti iclası keçirilib...

İclasda şikayət olunan bir neçə seçki dairəsinin araşdırılması üçün qərar qəbul edilib və DSK göndərilib.

Bildiyimiz kimi, daha öncə 4 seçki dairəsinin nəticələri ləğv olunmuşdu. Qalib namizədlər Hadı Rəcəbli, Rauf Arifoğlu, Çingiz Qənizadə və Hüseynbala Mirələmovun nəticələri ləğv olunmuş və həmin dairələr üzrə təkrar seçkilərin keçirilməsinə qərar verilmişdi. Bir çoxları bu addımı MSK-nın "gözdən pərdə asmaq" niyyəti kimi qarşılamışdı. Yəni qurum bununla əslində nə qədər ədalətli olduğunu göstərməyə çalışır. Bu gün keçirilən iclasda 30-dan çox dairənin araşdırılması üçün DSK-ya göstəriş verilməsi, bir neçə dairənin də nəticələrinin ləğv olunacağını istisna etmir. Bu gün "radara düşənlər" arasında kifayət qədər tanınmış deputatlığa namizədlər, sabiq deputatlar var.

18 saylı Nərimanov-Nizami seçki dairəsindən lider namizəd olan Rasim Musabəyovun ciddi rəqibi olmadığını dəsək, hər halda yanılmarıq. Çoxları bu dairə üzrə sabiq deputatın favorit namizəd olduğunu düşünürdü.

Eyni fikirləri 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd olan "stajlı" deputat Asim Mollazadəyə də şamil etmək olar.

29 saylı Səbail seçki dairəsində isə sözün əsl mənasında iki namizəd arasında qırğın oldu. Belə ki, bu dairədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai ilə ictimai fəal Bəxtiyar Hacıyev arasında mübarizə gedirdi. Seçkilərdən sonra Nigar Arpadarainin daha çox səs topladığı məlum oldu. Seçki qabağı təbliğat-təşviqat kampaniyası ərzində hər iki namizəd bir-birlərinə ismarış göndərir, atmaca atırdılar. Seçkidən sonra da Bəxtiyar Hacıyev bu məğlubiyyətlə barışmadığını bildirib.

34 saylı Xətai ikinci dairəsi – bu dairədən deputat mandatını əldə etmək üçün kifayət qədər namizəd olsa da, sonda yenə Mixail Zabelin qalib elan olundu. Bu hal bir cəmiyyətdə birmənalı qarşılanmadı. Çünki 74 yaşlı siyasətçi artıq 3 dəfə Milli Məclisdə yer almışdı və heç də fəal deputatlardan sayılmırdı.

16 saylı Yasamal birinci seçki dairəsinədən MSK lider namizəd kimi REAL-çı Erkin Qədirlinin adını açıqlayıb. Bu nəticə bir çoxları üçün sürpriz nəticə sayılsa da, digər namizədlər israrla bu qələbənin ciddi qanun pozuntuları sayəsində qazanıldığını iddia edirdi.

Və nəhayət, sonda ən qalmaqallı dairələrdən biri olan 31 saylı Suraxanı ikinci dairəsi – bu dairədə seçkinin sakit keçməyəcəyi təbliğat-təşviqat kampaniyası zamanı artıq məlum idi. Bu seçki dairəsində Fərəc Quliyev ən şanslı namizəd kimi qiymətləndirilsə də, hadisələrin gedişatı onun "ofsaytda" qalmasına gətirib çıxardı. Artıq hamımıza məlum olduğu kimi bu mənada əsas rolu Mehman Hüseynov oynadı. Bloqerin Fərəc Quliyevin səsini yazıb yayması hadisələrin kuliminasiya nöqtəsi oldu. Mehman Hüseynov sabiq deputatın ona geri çəkilmək üçün 15 min manat təklif etdiyini ictimaiyyətə yaydı. Belədə, Fərəc Quliyevin yerinə bu dairədə təhsil eksperti kimi tanınan Etibar Əliyev seçildi. Mehman Hüseynov seçkilərdən sonra bu dairədə də kifayət qədər qanun pozuntularının olduğunu bildirmişdi.

İndi maraqlıdır, görəsən, MSK daha neçə dairədə nəticələri ləğv edəcək? Kimlərə "yox" deyəcək? Kimlərin yuxusu ərşə çəkiləcək?
Bütün bu sualların cavablarına yaxın günlərdə aydınlıq gələcək. MSK bununla bağlı fevralın 17-də daha bir iclas keçirəcək. İndi bizə qalır gözləmək. Gözləyək və Milli Məclisin tam tərkibini öyrənək.(yeni sabah)

pia.az


Etiket: MSK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar