Cümə axşamı, 28 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“İnanın bizə, betəri hələ qabaqdadır, gəlin bu faciənin qarşısını alaq...”

Tedros Adhanom Gebreyesus həyacan təbili çalır...

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri, son günlər ABŞ və bəzi qərb ölkələri tərəfindən koronavirus pandemiyasının qarşısının alınması üçün yetərli iş görməməkdə və hətta virusun yayılması barədə vaxtında xəbərdarlıq etməməkdə günahlandırılan Tedros Adhanom Gebreyesus həyacan təbili çalır.

Virtualaz.org “Politico” nəşrinə istinadən xəbər verir ki, ÜST rəhbəri Cenevrədən növbəti bəyanatla çıxış edərək bəzi ölkələrin karantin tədbirlərini məhdudlaşdırmağa başlaması nəticəsində pandemiyanın yenidən vüsət alacağı haqda xəbərdrlıq edib. Doktor Gebreyesus bildirib ki, betəri hələ qabaqdadır.

ÜST rəhbəri koronavirus pandemiyasının nə zaman daha geniş vüsət alacağını dəqiqləşdirməyib. Son rəqəmlərə görə dünyada virusa 2.6 milyona yaxın adam yoluxub, 170 minə yaxın adam ölüb. Bəzi mütəxəssislər qeyd edirlər ki, xəstəlik səhiyyə sisteminin inkişaf etmədiyi Afrikada daha sürətlə və geniş yayıla bilər.

Tedros Gebreyesus koronavirus barədə danışarkən 1918-ci ildə yayılmış “ispan qripi”ni xatırladıb. “Bu çox təhlükəli patogendir və 1918-ci ildə ispan qripi epidemiyası dövründə olduğu kimi yayılır”,-o Cenevrədə reportyorlara bildirib.

“Lakin indi bizim texnologiyalarımız var, biz bu fəalkətin qarşısını ala bilərik, bu cür böhranının qarşısını ala bilərik. İnanın bizə. Betəri hələ qabaqdadır. Gəlin bu faciənin qarşısını alaq. Bir çox adamlar hələ də başa düşə bilmir ki, bu nə virusdur”,-o bildirib.

Xatırladaq ki, İtaliya, İspaniya və Almaniya kimi ölkələr koronavirusa görə tətbiq etdikləri karantin rejimini tədricən yumşaltmağa başlayıblar.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir?

Tağı Əhmədovun xanımı: “O da insandır, dağ deyil, daş deyil”

Putin: “İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır”

Bakıda gənc qadını doğrayıb zibil qutusuna atdılar - Yenilənib

Prezident Şuşa üzrə xüsusi nümayəndəsini təyin etdi

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – Fotolar

Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən preparat hazırlayıb

Xankəndinin idarəetməsi zamanla Bakıya keçəcək

Ən çox oxunanalar