Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnam Kərimovun ictimaiyyətdən gizlədilən səfəri və 16 layihə...

Nazirin Türkiyəyəi tam məxfi səfər gerçəkləşdirməsi və bu ziyarət barədə məlumatların ölkə ictimaiyyətindən gizlədilməsi təəccüb doğurur...

Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Türkiyənin İzmir şəhərində keçirilən BMT-nin Qida və Əkinçilik Təşkilatı (FAO) ilə alimlər tərəfindən hazırlanmış “Türkiyədə biyoçeşitlilik” kitabının təqdimatında iştirak edib.

Cənab nazirin həmin səfəri tam məxfi gerçəkləşdirməsi və bu ziyarət barədə məlumatların ölkə ictimaiyyətindən gizlədilməsi təəccüb doğurmaya bilməzdi. Lakin nazir Kərimovun həmin təqdimatdakı çıxışın ilə tanış olduqdan sonra belə qənaətə gəldik ki, məhz həmin çıxışda səsləndirilən fikirlərə görə diqqətin qeyd olunan səfərə çəkilməsi istənilməyib.

Bəs İnam Kərimov kitab təqdimatında nə deyib? Bu barədə Türkiyə mətbuatı yazır:

Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov da Türkiyənin dəstəyi ilə Azərbaycanda orqanik əkinçilik və balıqçılıq da daxil olmaqla 16 layihəni həyata keçirdiklərini söylədi” (seçdirmə redaksiyanındır-pia.az).

“Keyfiyyətli ərzaq tədricən azaldır, təbiətə zərər vermədən araşdırmalar aparılmalıdır”, söyləyən Kərimov, “Zəngin ekosistemdən faydalanmalı və torpağa vuurlan zərəri azaltmalıyıq. Əsas hədəflərimizdən biri təbiətin bizə verdiyi qaynaqlardan faydalı şəkildə istifadə edərək qida təhlükəsizliyini təmin etməkdir”, deyib. ( Mənbə: https://www.bloomberght.com/bakan-pakdemirli-tarim-topraklarimiz-avrupa-nin-en-az-kirletilmis-topraklari-arasindadir-2215291 )

Sual olunur: qardaş respublika ilə balıqçılıq da daxil olmaqla orqanik qida yetişdirilməsi üçün 16 layihə həyata keçirilirsə, yaxud keçiriləcəksə, bu işlərdən ölkə ictimaiyyəti xəbər tutmalı deyilmi? Niyə bi layihələr barədə mediaya məlumat verilmir?

Bu yazı hazırlanan zaman Nazirliyin rəsmi veb-səhifəsini də ələk-vələk etdik ki, bəlkə sözügedən layihələr barədə hər hansı bir məlumata rast gələk, təəssüf ki, heç nə tapmadıq.

Bu layiələrdə konkret olaraq hansı məhsulların və harada yetişdirilməsini nəzərdə tutulur? Nə qədər və kim tərəfindən investisiya qoyulur? Bu məhsulların hara və necə satılması planlaşdırılır?

Bu suallara Nazirlik aydınlıq gətirsə, pis olmaz.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar