Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmtahan vermədən hansı ixtisaslar üzrə ali məktəblərə qəbul olacaq?

Təhsil eksperti Kamran Əsədov ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul qaydalarında edilən dəyişikliyin məzmununu açıqlayıb... 

Ekspeti hansı ixtisaslar üzrə bu il - 2020-ci ildə həm ali məktəblərə, həm də kolleclərə qəbul üçün (9 və 11-ci sinif bazasından) qabiliyyət imtahanı vermədən, əvvəlki illərin buraxılış imtahanlarında topladıqları ballar ilə birbaşa seçim şanslarının ola biləcəyini qeyd edib.

Dəyişikliklər bunlardır:

1. Yalnız aşağıdakı ixtisaslar üzrə bu il, 2020-ci ildə həm ali məktəblərə, həm də kolleclərə qəbul üçün (9 və 11-ci sinif bazasından) qabiliyyət imtahanı keçirilməyəcək.

a) Musiqi müəllifliyi

b) Təsviri incəsənət müəllimliyi

c) Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi

ç) Məşqçilik

Yuxarıda qeyd olunan ixtisaslara həm cari ilin, həm də əvvəlki illərin məzunları qabiliyyət imtahanı vermədən, əvvəlki illərin məzunları V (5-ci) ixtisas qrupu, cari ilin məzunları buraxılış imtahanlarında topladıqları ballar ilə birbaşa seçim edə bilərlər.

2. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Yəni, onlar əvvəlki illərdə 3 fənn üzrə qabiliyyət imtahanı verirdilərsə, bu il yalnız rəsm fənnindən imtahan verəcəklər.

3. Yuxarıda qeyd olunan universitetlərdən başqa hansı universitetdə dizayn ixtisası varsa, onlarda da qabiliyyət imtahanı keçirməyəcək. Misal üçün: İqtisad Universiteti, Texnologiya Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, Odlar Yurdu Universiteti, Mühəndislik Universitetində olan dizayn ixtisasını qabiliyyət imtahanı vermədən birbaşa abituriyentlər seçə biləcəklər. Bu zaman kimin V (5-ci) qrup üzrə, cari ilin məzunları buraxılış imtahanında toplanan bal yüksək olsa, o qəbul olmaq hüququna malikdir.

4. Digər qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlar keçiriləcək, amma onlarda da qabiliyyət imtahanı fənnlərinin sayı azaldılacaqdır.

5. Magistr pilləsi üzrə 68, 69 və 70-ci proqramlar üzrə də qabiliyyət imtahanı keçirməyəcək. Bakalavrlar topladıqları ballar ilə birbaşa seçim edə biləcəklər.

6. Kolleclərə 9 və 11-ci sinif bazasından xüsusi qabiliyyət tələb edən ixtisasları üçün qabiliyyət imtahanları Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti və Xoreoqrafiya sənəti ixtisasları üzrə, eləcə də, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Naxçıvan Musiqi Kollecinin (sonuncu ikisində Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla) bütün ixtisasları üzrə keçiriləcək.

pia.az 


Etiket: İmtahan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar