Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmtahan suallarının çətinliyindən şikayət var - DİM məqsədli şəkildə bakalavrlara əngəl yaradır?..

Magistraturaya imtahan verən bakalavrlar sualların çətin olmasını DİM tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən siyasətlə əlaqələndiriblər...

Təhsil eksperti: “Dünənki imtahanda xoşagəlməz hallar məhz imtahan sualları ilə bağlı qeydə alınıb. Bu da bakalavrların şikayəti əsasında üzər çıxmış problemlərdir”.

“Bakalavrlar iddialarında haqlıdırlar. Çünki məntiq suallarını tərtib edən şəxs müəyyən məqamları nəzərə almalı idi”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi dünən keçirilən imtahanda ortaya çıxan problemləri PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçilib. İmtahanda iştirak edən bakalavrlar isə imtahan suallarının çətinliyindən şikayət edib. Belə ki, DİM-in sosial şəbəkə hesabında paylaşdığı postun altına yüzlərlə bakalavr şikayətlərini dilə gətirərək məntiq və informatika fənlərinə aid test tapşırıqlarının həddindən artıq çətin və vaxt aparan olduğunu qeyd ediblər.

Şikayətçilərin sözlərinə görə, məntiqə aid test tapşırıqlarını həll etmək üçün ayrılmış vaxt kifayət etməyib və nəticədə imtahan verənlərin əksəriyyətinin suallara baxmaq üçün zamanı qalmayıb.

Bakalavrlar sualların çətin olmasının DİM tərəfindən məqsədyönlü şəkildə həyata keçirildiyini və onların magistraturaya qəbul üçün keçiriləcək təkrar imtahana qatılmalarına sövqetmə məqsədi daşıdığını bildiriblər.

Bakalavrların bu iddialarını doğru hesab etmək olar?

Dövlət İmtahan Mərkəzinin dünən keçirdiyi imtahanı PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “İyun ayında ikinci dəfə bakalavrlara şans veriləndə suallar daha asan olacaq”.

Dövlət İmtahan Mərkəzinin tanınmayan quş növlərini məntiqi suala salmasını vurğulayan ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bu da bakalavrların əlavə düşünməsinə və əlavə vaxt itkisinə gətirib çıxarıb. Bu tipli suallarda bakalavarıar çətinliklə üzləşiblər.

“Dünənki imtahanda xoşagəlməz hallar məhz imtahan sualları ilə bağlı qeydə alınıb. Bu da bakalavrların şikayəti əsasında üzə çıxmış problemlərdir. Məntiq suallarının qəribə formada salınması bakalavrlar arasında zarafat məqamına gəlib çatıb. Belə ki, Dövlət İmtahan Mərkəzi tanınmayan quş növlərini məntiqi suala salıb. Bu da bakalavrların əlavə düşünməsinə və əlavə vaxt itkisinə gətirib çıxarıb. Bu suallarda bakalavarıar çətinliklə üzləşiblər:

Düşünürəm ki, bakalavrlar iddialarında haqlıdırlar. Çünki məntiq suallarını tərtib edən şəxs müəyyən məqamları nəzərə almalı idi. O şəxs çətinlik səviyyədə olan məntiq sualları tərtib etməməli idi. Buna görə də bakalavrlara haqq qazandırıram.

Yəqin ki, iyun ayında ikinci dəfə bakalavrlara şans veriləndə suallar daha asan olacaq. İstisna etmirəm ki, bakalavrlar iyun ayında verəcəkləri imtahanda çətinlik çəkməyəcəklər”.

Elçin Əfəndi: “DİM bakalavrlara məqsədli şəkildə əngəl yaratmır. Burada heç bir məqsəd yoxdur”.

Bəs birinci imtahanı çətin, ikinci imtahanı asan keçirməkdə DİM-in məqsədi nədir, sualını cavablandıran ekspert bildirib ki, hansısa səbədən birinci imtahanlarda DİM bakalavrlara əngəl yaratmır və burada heç bir məqsəd yoxdur:

“DİM bakalavrlara məqsədli şəkildə əngəl yaratmır. Burada heç bir məqsəd yoxdur. Ümumiyyətlə ikinci şans imtahanının keçirilməsi sual altındadır. Bu imtahan nəzərdə tutulur. Əgər pandemiya imkan verərsə, keçiriləcək. Əks halda yox. Niyə ikinci şans imtahanı birinci imtahana nisbətən asan ola bilər? Sualının konkret cavabı onunla bağlıdır ki, DİM ilk imtahanda bakalavrların cavabları üzrə analiz apararaq daha çox hansı fənn üzrə və eləcə də hansı suallar üzrə cavablandırılmada çətinlik olubsa sırf o istiqamətdə sadələşdirmə edə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: İmtahan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar