Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmpiçmentə dəstək artır – Rəy sorğusu

Son bir neçə həftə ərzində ABŞ Prezidenti Donald Trampın impiç olunmasına ictimai dəstək yüksəlib...

Bunu Reuters/Ipsos-un keçirdiyi rəy sorğusu üzə çıxarıb. Sorğu noyabrın 25 və 26-da keçirilib.

Sorğunun nəticələrinə görə, Birləşmiş Ştatlarda yetkin yaşlıların 47 faizi hiss edir ki, Tramp “impiç olunmalıdır”. 40 faizi isə bu fikirdə deyil.

Bu nəticə Reuters/Ipsos-un son bir neçə həftədə keçirdiyi sorğularla müqayisə olunub.

“Reuters” son həftələr ABŞ Nümayəndələr Palatasının komitəsində keçirilən impiçment dinləmələrinin televiziyada yayımlanmasına diqqət çəkir.

7 faizlik fərq

Dinləmələr noyabrın 13-də başlanıb. Ondan qabaq Reuters/Ipsos sorğusu üzə çıxarıb ki, impiçmentə “təmiz dəstək”, yəni onu dəstəkləyənlərlə qarşı çıxanlar arasındakı fərq 3 faizdir.

Dinləmələrin ilk həftəsindən sonra bu fərq 4-ə, daha sonra 5-ə qalxdı. Sonuncu rəy sorğusu “təmiz dəstəy”in 7 vahid olduğunu göstərir.

Hazırda Nümayəndələr Palatası Trampın iyulun 25-də ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon söhbətini araşdırır. Həmin zəng zamanı Tramp Zelenskidən xahiş edib ki, onun prezident seçkisində potensial rəqibi Co Bayden və oğlu Hunter barəsində araşdırma aparılsın. Hunter Ukraynanın enerji şirkəti üçün işləyib. Eyni zamanda Trampın 2016-cı ildə prezident seçkisinə Rusiyanın deyil, Ukraynanın müdaxilə etməsi iddiasını təbliğ etməsi araşdırılır.

Demokratlar Trampı Ukraynaya 391 milyon dollarlıq yardımı saxlamaqla hakimiyyətdən sui-istifadədə suçlayırlar.

Demokratların nəzarətində olan Palata impiçment maddələrini təsdiqləyərsə, respublikaçıların üstünlük təşkil etdiyi Senat Trampın impiçmentini keçirməlidir. Respublikaçılar Trampı vəzifəsindən kənarlaşdırmağa elə də meylli görünmürlər. O, 2020-ci ildə yenidən prezident seçilmək istəyir.

Tramp hər hansı yol vermədiyini deyir, impiçment araşdırmasını “kələk”, demokratların 2016-cı il seçkisinin nəticələrini alt-üst etmək cəhdi adlandırır.

İmpiçmentə dəstək partiyalara görə dəyişir

Elə impiçmentə dəstək də partiyalara görə dəyişir. Rəy sorğusuna görə, hər 10 demokratdan 8-i Trampı impiçment etməyin tərəfdarıdır. Hər 10 respublikaçıdan 8-i isə buna qarşı çıxır.

“The Associated Press” agentliyi isə yazır ki, Palatanın Ədliyyə Komitəsi impiçment araşdırmasında estafeti ələ almaq üzrədir. Bunu demokratlar dünən – noyabrın 26-da elan ediblər.

Ədliyyə Komitəsi artıq gələn həftəyə – dekabrın 4-nə dinləmə təyin edib. Qeyd edək ki, Palatada aparılan araşdırmalara məhz Ədliyyə Komitəsi yekun vurmalı, impiçment maddələrini müəyyənləşdirib Senata göndərməlidir.

Kəşfiyyat Komitəsi özünün təhqiqat fazasını yekunlaşdıraraq hesabat hazırlamaq üzrədir.

Demokratlar Milad bayramına qədər məsələ üzrə yekun səsvermə keçirmək istəyirlər. (azadliq.org)

pia.az


Etiket: İmpiçment Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar