İmişli rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb...
Hadisə dekabrın 12-də saat 21:30 radələrində, İmişli şəhəri Heydər Əliyev prospektində baş verib.
Belə ki, Beyləqan rayon sakini, 1991-ci il təvəllüdlü Quliyev Emin Allahverdi oğlunun idarə etdiyi “VAZ-21063” markalı avtomobili ilə İmişli rayon sakini, 1981-ci il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlunun idarə etdiyi “QAZ-33021” markalı yük maşını toqquşub.
Nəticədə E.Quliyev hadisə yerində ölüb. K.Mirzəzadə və “VAZ-21063” markalı avtomobildə olan sərnişin, Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Bayram Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.(report)
pia.az