İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Şahverdilər kəndində qeydə alınıb.
Minik maşınlarının toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan xəstəxanasına və digər xəstəxanalara aparılıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az