Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmamoğlu AKP-ni ifşa etdi: İstanbul bələdiyyəsinin pulları illərdir hansı qurumlara xərclənir?

İmamoğlu bu protokolları ləğv etdiyi üçün çox böyük problemlərlə üzləşəcək...

Murat YETKİN
“Yetkin Report” qəzeti, Türkiyə, 27 avqust 2019-cu il

Görünür, Əkrəm İmamoğluna qarşı təzyiqlər hələ bundan sonra başlayacaq. Səbəbi odur ki, 27 avqustda İstanbul Böyük Şəhər Bələdiyyəsi (İBB) bəzi vəqflər və dərnəklərlə bağlı protokolları ləğv edib və onlara pul ayırmağı rədd edib.

Bir Avropa ölkəsi böyüklüyündə olan İstanbulun bələdiyyə xidmətlərinə, ictimai nəqliyyata, sel basqınlarına qarşı alınmalı tədbirlərə xilasetmə təşkilatına, yaşıllıq sahələrinə və zəlzələyə qarşı tədbirlərə görə ayrılmış büdcənin bir hissəsi bəzi vəqflərin özəl məqsədləri üçün ayrılırmış. Ayrılan pulların miqdarı da açıqlanıb: təxminən 357 milyon lirə.

Bəs bu pul hansı vəqflərin hansı əməlləri üçün xərclənib? 40 ildir keçirdiyi İstanbul festivalları ilə ölkəyə şöhrət gətirən İstanbul Mədəniyyət və İncəsənət Vəqfinə? Ya Türkiyədə ətraf mühitlə bağlı həssaslıq yaradan, meşələr salan TEMA vəqfinəmi? Yoxsa yeni nəsillərə riyaziyyat öyrətməyə çalışan Nesin Vəqfinə? Bəlkə, Ana-Uşaq Təhsil Vəqfinə? Heç birinə xərclənməyib.

Əkrəm İmamoğlunun açıqlamasına görə, bu pulların bir qismi AKP-yə, bəziləri də müəyyən təriqətlərə yaxın olan vəqflərə gedirmiş: TÜRGEV, “Ensar” Vəqfi, “Aziz Mahmud Hüdayi” Vəqfi, TÜGVA, Darül Fünun İlahiyyat Vəqfi və “Hoca Ahmet Yesevi” Vəqfi və s.

İmamoğlu qeyd edir ki, daha əvvəl sabiq AKP-li İBB sədri Mövlud Uysalın imzası ilə təkcə bir vəqfə nəqliyyat və yemək-içmək üçün 56,5 milyon lirə ayrılıb, lakin bu pulun köçürülməsi İmamoğlu tərəfindən dayandırılıb. Bu isə o deməkdir ki, həmin vəqfin “arxa bağçası”ndakı yataqxanalarda yetişdirilən gəncləri bələdiyyə boya-başa çatdırır. İmamoğlunun mətbuata verdiyi məlumata görə, həmin vəqf Enes Eminoğlunun rəhbərlik etdiyi Türkiyə Gənclik Vəqfidir (TÜGVA). Eminoğlu rəhbər seçilən zaman keçirilən tədbirdə Rəcəb Tayyib Ərdoğan da iştirak edib və onun fəaliyyətinə dəstək verəcəyini bildirib.

Ərdoğanın tədbirlərində iştirak etdiyi bir digər qurum isə Türkiyə Təhsil və Gənclik Vəqfidir (TÜRGEV). İmamoğlu bu vəqfə də dəstək verməyi dayandırıb.

İmamoğlundan mətbuata verilən məlumata görə 357 milyon lirəlik protokollarda ən böyük payı TÜRGEV alıb. Bu vəqf üçün “yataqxana xərcləri ilə birlikdə gənclik mərkəzi, idman kompleksi və yeraltı dayanacaqların inşası” kimi məsələlər və ümumilikdə 5 inşaat üçün miqdar 165 milyon lirə olub. Vəqfin rəhbərliyində Bilal Ərdoğan və Esra Albayrakla yanaşı, həm də bu miqdarı təsdiqləyən sabiq İBB sədri Mövlud Uysal da var. Vəqfin hazırki rəhbəri isə 2018-in fevralından bu yana Prezident Aparatının Kommunikasiya üzrə rəhbəri olan Fahreddin Altunun həyat yoldaşı və həmçinin, Türk Hava Yolları (THY) İdarə Heyətinin üzvü olan Fatmanur Altundur.

2015-ci ildə İstanbul Böyük Şəhər Bələdiyyəsinin TÜRGEV-ə tələbə yataqxanası kimi 6 bina verməsi ilə bağlı xəbərlər çıxmışdı. Həmin xəbərlərdə İBB-nin başqa 7 binanı da “Ensar” Vəqfinə verdiyi qeyd edilmişdi. 2016-cı ildə Manisa yataqxanasında 45 oğlan uşağına təcavüz edilməsi ilə bağlı xəbər çıxmışdı. Bu hadisəyə “Ensar” Vəqfinin sədri İsmail Cenk Dilbəroğlu da aid edilmişdi. O, 2019-un iyun ayınadək THY-də “Müstəqil İdarə Heyəti Üzvü” olaraq çalışıb. Bilal Ərdoğan “Ensar”-TÜRGEV ortaqlığını müdafiə etmək üçün demişdi: “Həyat yoldaşımdan sonra ən çox görüşdüyüm insan “Ensar” Vəqfinin sədridir”. O dönəmdə çıxan xəbərlərdə həm də İBB-nin “Aziz Mahmud Hüdayi” Vəqfinə 4, Darül Fünun İlahiyyat Vəqfinə də yenə 4 bina verdiyi bildirilmişdi.

“Hüdayi” Vəqfi rəhbərliyində Topbaş ailəsi var. Hazırki rəhbər Ahmet Hamdi Topbaşdır. Lakin o, Türkiyənin ən zəngin iş adamlarından biri olan və Erenköy Camaatlığına yaxın olan Latif Topbaşın ailəsindəndir.

İndi baxaq görək İmamoğlu və komandası arxivə baxdıqca oradan keçmişdə fətullahçı vəqf və dərnəklərə də İstanbul bələdiyyəsindən pullar getdiyini görə biləcəyikmi? “O sənədlər qəyyum dönəmində təmizlənib”, deyə bilərsiniz, amma bürokratiyada heç bir qeyd tamamilə silinmir, axtaran tapır.

Prezident Ərdoğan 24 avqustda Trabzonda çıxış edərkən İstanbul Bələdiyyə sədri İmamoğlunu hədəf almışdı: “Biri bələdiyyənin pulunu terror təşkilatına verdi, o biri də indidən heç bir iş görməyəcəyini elan etdi. Biz bu cür siyasət anlayışını qəbul etmirik”. Bu çıxış da HDP-li Diyabəkir, Van və Mardin bələdiyyə sədrlərinin yerinə qəyyum gətirilməsini xatırlatdı.

Lakin İmamoğlu bu protokolları ləğv etdiyi üçün çox böyük problemlərlə üzləşəcək. O, seçki kampaniyasında israfa son verilməsi və istanbulluların pulunun bələdiyyə xidmətləri üçün xərclənməsi barədə vədlər vermişdi və görünür, sözünü tutmağa başlayıb. Eyni zamanda, bu sayədə AKP ilə yanaşı, təriqət və camaatlıqlara yaxın olan vəqf və dərnəklərin AKP-li bələdiyyələr tərəfindən maliyyələşdirilməsi faktı artıq iddia olmaqdan çıxıb, rəsmən dəqiqləşmiş oldu.

Bu məsələləri bilənlər düşünür ki, bu pullar aysberqin görünən qismidir. Təkcə İstanbul deyil, bütün bələdiyyələr üçün keçərlidir. Bələdiyyə qaynaqlarından istifadə edə bilməyən bu vəqf və dərnəklərin və bir qismi bağlanmış fətullahçı vəqf və dərnəklərin bütün maddi vəsaitləri Vəqflər üzrə Ümumi Müdirlik və Xəzinəyə verilib. Həmin vəsaitlər 49 illik bir müddət üçün digər vəqf və dərnəklərə ayrıla bilər. Burada əsas vasitə Vəqflər Məclisidir və çox vaxt “yuxarıda gələn bir zəng” hər şeyi müəyyənləşdirir. Üstəlik, bundan sonra bu vəqf və dərnəklərin fəaliyyəti prezident himayəsində həyata keçirilə bilər və bu halda xərclər də xeyli azalacaq. Bu vəqf və dərnəklərin dəstəkçiləri isə sözsüz ki, İmamoğlu və CHP-ni hədəf alacaq.

Mənə maraqlı olan budur ki, görəsən, bələdiyyə qaynaqlarından hansısa media qurumuna dəstək verilibmi? Görək oradan kimlər çıxacaq?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar