Çərşənbə axşamı, 25 İyun 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

İlyas Səfərovun korrupsiyası rayonu susuz qoyub – Fermerlər şikayət edir...

9 rayonun ərazisini su ilə təmin edən Yuxarı Şirvan Kanalının bəndi dağlıb

Təkcə 2017 ci ildə kanalın ümumi təmiri üçün 500 min manat vəsait ayrılıb...

Azərbaycanda Meliorasiya və Su Təsərrüfatı ASC ninin qurumlarında korrupsiyanın tüğyan etməsi ölkədə hər kəsə bəllidir. Uzun illər boyu bu quqrumda milyardlarla manat dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı dövrü mətbuatda məlumatlar dərc olunmaqdadır. Son olaraq isə qurumun rəhbəri Əhməd Əhmədzadənin oğlunun Çexiyada və Londonda çoxlu sayda milyonluq mülklərin və biznes sahələrinin aşakrlanması da bu qurumun girdiyi korrupsiya bataqlığını ən üst səviyədə ortaya qoymaqdadır.

Lakin Azərbaycanda Meliorasiya və Su Təsərrüfatı ASC-də korrupsiya bütün səviyyələri, yəni aşağıdan yuxarıyadək (ya da yuxarıdan aşağıya) əhatə edir. Bu səbəbdən də kənd təsərrüfüfatında, ümumiyyətlə aqrar sektorda su problemi hər zaman mövcud olmuş və son zamanlar aparılan islahatlra baxmayaraq, bu problemlər daha da dərinləşməkdə davam edir.

Qeyd edək ki, bu qurumun illər uzunu medianın diqqətindən düşməyən korrupsioner idarə müdirlərindən biri də Yuxarı Şirvan Kanalının İstismarı İdarəsinin müdiri İlyas Səfərovdur. İlayas Səfərovun korrupsiya fəaliyyəti davamlı olaraq medianın diqqətində olmaqla yanaşı, həm də kənd təsərrüfatında çalışan insanlara da hər zaman vurub. Çünki idarə müdirinin korrupsiyası ayrı-ayrı fermerlərin təsərrüfatlarının susuz qalmasına yol açıb.

Elə dünən Göyçay rayonunda baş verən hadisə də bu qəbildəndir. Belə ki, Göyçay rayonunun Çərəkə kəndində Yuxarı Şirvan Kanalının bəndi uçub. Nəticədə Göyçay və Ucar rayonun kəndləri sussuz qalıb.

Qeyd edək ki, Göyçaydan MilliYol-a daxil olan məlumatda bildirilir ki, sözü gedən bəndin vaxtlı-vaxtında bərkidilməməsi nəticəsində bənd dağlıb. Mənbə iddia edir ki, Yuxarı Şirvan Kanalının təmiri üçün ayrılan vəsaitlər dəflərlə mənimsənildiyi üçün uzun illərdir ki, həmin bənddə bərkidilmə işləri aparılmayıb. Ümumiyyətlə Yuxarı Şirvan Kanalında təmir işləri uzun illərdir ki, ancaq dekorativ xarakterli aparılır.

Xatırladaq ki, mənbəyini Mingəçevir Su anbarından götürən Yuxarı Şirvan Kanalı 9 rayonun ərazisini su ilə təmin edir. Hazırda bəndin uçması ilə bağlı başqa rayonlarda da su ilə bağlı problemlər mövcuddur.

MilliYola-a baş verən hadisə ilə bağlı müraciət edən vətəndaş bildirir ki, hər il Yuxarı Şirvan Kanalının təmiri üçün külli miqdarda vəsait ayrılır və bu vəsaitlər mənimsənilir. Lakin bu belə İlyas Səfərova bəs etmir.

Bizim araşdırmamız zamanı isə məlum olub ki, təkcə 2017 ci ildə kanalın ümumi təmiri üçün 500 min manat vəsait ayrılıb. Açığı bu heç də həmin kanalı təmir etmək və davamlı olaraq işlək vəziyyətdə saxlamaq üçün heç də az vəsait deyil. Lakin istənilən istiqamətdə kanala ötəri nəzər saldıqda bilinir ki, bu vəsait kanala sərf olunmyıb.

İlyas Səfərovin dövlətdən ayrılan vəsaitləri mənimsəyərək kiçik regional çevrilib. Dünən isə məhz onun korrupsiyası nəticəsində Ucar və Göyçay kəndləri sussuz qalıb. Bizə gələn xəbərlərdə isə bildirilir ki, idarə müdiri hər yerdə qazandığı pulun 50 faizini cənab Əhmədzadəyə verdiyini deyir və bu üzdən dəheç kəsdən qorxmadığını vurğulayır.

pia.az


Şərh yazın.

loading...