Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov qurultayda sədr seçilmədi - ReAl-da onlayn qurultay

Natiq Cəfərli: "Sədr Siyasi Komitədə seçiləcək"

ReAL Partiyası avqustun 4-də onlayın qurultay keçirib.

Bu barədə Arqument.az-a qurultayın təsis etdiyi Siyasi Komitənin üzvü Natiq Cəfərli deyib.

O bildirib ki, qurultaya 108 nümayəndə seçilsə də, onlayın müzakirədə 98 nəfər iştirak edib.

"Zoom" proqramı 100 nəfərin iştirakına imkan verir. Amma 98 nəfər iştirak etdi", - Cəfərli deyib.

Onun sözlərinə görə, İlqar Məmmədov qurultayda sədr seçilməyib: "Qurultayda partiyanın nizamnaməsi və proqramı qəbul edildi. Siyasi Komitə təsis edildi və üzvlər seçildi. Sədri də Siyasi Komitə seçəcək".

Siyasi Komitəyə İlqar Məmmədov, Erkin Qədirli, Natiq Cəfərli, Rəsul Cəfərov, Zaur Qurbanlı və Mahmud Mahmudov üzv seçilib. Natiq Cəfərli Siyasi Komitənin genişləndiriləcəyini də istisna etməyib.

O qeyd edib ki, qurultay kollegial orqan kimi Siyasi Komitəyə geniş səlahiyyət verib.

"Qurultayda 5 nəfər Nəzarət-Təftiş Komissiyası seçildi. NTK rotasiya üsulu ilə hər 3 aydan bir dəyişdiriləcək. Bütün qurultay nümayəndələri yaxın 4 il ərzində növbəti qurultaya qədər NKT-nın üzvü olacaqlar. Yeni nizamnaməyə əsasən sədrin səlahiyyətləri azaldılıb", - o deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar