Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Abbasov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib - Şirvanda

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib...

Fevralın 20-də Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən şəhər sakinlərinin növbəti səyyar qəbulu keçirilib. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak edib. 

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlər qarşısında çıxış edərək bildirib ki, yola saldığımız 2019-cu ildə ölkəmizin uğurları davam edib, iqtisadi inkişafın dayanaqlığı təmin olunub, respublikamız bu dövrdə öz dinamik inkişafını qoruyub, xalqımız əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində ölkəmizdə sənayeləşmə templəri yüksəlib, yüzlərlə müasir və yeni sənaye müəssisələri, istehsal sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib və nəticədə ölkəmizin strateji valyuta ehtiyatları artaraq 52 milyard dollara çatıb. Eyni zamanda ölkəmizdə sosial sahədə çox böyük təşəbbüslər irəli sürülmüş, şəhid ailələri böyük vəsaitlə təmin edilmiş, minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır. Belə sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur. Əlbətdə ki, qazanılmış bütün bu nailiyyətlər qarşıdakı illərdə də ölkəmizin daha böyük uğurlara imza atacağına möhkəm zəmin və dərin inam yaradır.

Əlbətdə ki, qazanılan bütün bu nailiyyətlər qarşıdakı illərdə də ölkəmizin daha böyük uğurlara imza atacağına möhkəm zəmin və dərin inam yaradır.

İlqar Abbasov vurğulayıb ki, ölkə başçısının tikinti-quruculuq və abadlıq işlərini zövqlə və günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyyələrinə 2020-ci il ərzində Şirvan şəhərində həyata keçiriləcək sosial-infrastruktur layihələr çərçivəsində “Bağ evləri” yaşayış massivində yeni məktəb binasının tikintisi, Məhəmməd Füzuli adına Şirvan şəhər Parkının əsaslı şəkildə yenidən qurulması, magistral və məhəllədaxili yolların təmir və bərpası, piyada səkilərinin salınması, çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, içməli su və qaz təhcizatının yaxşılaşdırılması, yaşayış binalarının kanalizasiya xətlərinin yenilənməsi, şəhər ərazisində yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, küçə və prospekt boyunca xeyli sayda ağac və bəzək kollarının əkilməsi və digər proqramların həyata keçirilməsi nəzərdə tutulub. Şirvan şəhərinin simasının günün tələbləri səviyyəsində qurulmasını təmin etmək məqsədilə qeyd edilən proqramlar və iri həcmli infrastruktur layihələri uğurla icra olunacaqdır.

Daha sonra 20 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlayıblar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilib və müarciətlərə aydınlıq gətirilib. Müvafiq tədbirlərin görülməsi üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər son illərdə republikamızda və şəhər ərazisində həyata keçirilən islahatlardan, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını qeyd edərək problemlərinin həllinə yönələn səyyar görüşlərin təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

pia.az

 

 

Fotolar




Etiket: Şirvan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar