Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Maskın “Əjdaha”sı elmi uğurdur, yoxsa yeni siyasi hegemoniya?..

Əgər İlon Mask kosmosa 42 min peyk göndərsə, bu zaman ABŞ Kosmik Qüvvələr Komandanlığı istədiyi vaxt bu dalğalar sayəsində dünyanı, bütün əyalətləri, silahlı və silahsız qüvvələri ələ keçirə biləcək...

Arslan Bulut

“Yeniçağ” qəzeti, Türkiyə, 1 iyun 2020-ci il

İlon Maskın “SpaceX” şirkəti Florida ştatındak Amerika Milli Aviasiya və Kosmik İdarəsinə məxsus Kennedi Kosmik Mərkəzindən “Falcon 9” raketi və “Crew Dragon” adlı kapsullarla iki kosmonavtı kosmosa göndərib. Mərasimdə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens də iştirak edib. Trampın paylaşdığı bir Twitter mesajında ​​işlətdiyi “bu, kosmosdakı Amerika liderliyinin yeni mərhələsinin başlanğıcıdır”, ifadəsini Pens də dilə gətirib. Daha əvvəl də ABŞ Kosmik Qüvvələr Komandanlığının bayrağı Ağ Evdə Trampa hədiyyə edilmişdi.

İlon Maskın əsas layihəsi 42 min peyklə bütün dünyanı nəzarətdə saxlamaqdır. Hətta bəzi peyklər artıq göndərilib. Artıq bir çox insan internetin daha sürətli olacağını düşünərək sevinir. Hətta İlon Maskın Ankaranı və Atatürk məqbərəsini ziyarət etməsi və Atatürkün “Bir gün mənim söylədiklərim elmlə ziddiyyətli olsa, elmi seçin” sözlərini paylaşması Türkiyədə böyük rəğbətlə qarşılanıb. Halbuki İlon Mask öz şirkəti ilə birlikdə hərəkət edirmiş kimi görünsə də, ABŞ Kosmik Qüvvələr Komandanlığı adından “hərbi layihələr” həyata keçirən bir adamdır. Qazandığı elmi səviyyəyə bir söz deyə bilmərik, amma hər halda bütün bunları biz daha sürətli internetdən istifadə edək deyə həyata keçirmir. Bu adam ABŞ-ın adından dünyanı barmağına dolamağa çalışır, amma bəziləri məsələni başa düşməməklə bərabər, üstülik, ictimaiyyəti yanıltmaqdan da əl çəkmirlər.

İlon Maskın kosmosa göndərdiyi peyklər elektromaqnit dalğaları və lazer şüalarından istifadə edəcək bacarığa sahibdirlər. Əgər kosmosa 42 min peyk göndərsə, bu zaman ABŞ Kosmik Qüvvələr Komandanlığı istədiyi vaxt bu dalğalar sayəsində dünyanı, bütün əyalətləri, silahlı və silahsız qüvvələri ələ keçirə biləcək. Bu, bəşəriyyət üçün necə sevincli bir xəbər ola bilər? Təbiətin tarazlığını pozmağa böyük bir iş deyə bilərikmi?

Mayk Pensin kosmonavtların göndərilməsi ilə əlaqədar mesajına “Haider_94” adlı istifadəçi İraqdan cavab verib: “İnqilab çoxdan başlayıb. İqtidardakılar ya hələ başa düşmürlər, ya da inkar edirlər. İtiriləcək bir şey qalmayanda Amerika xalqını qorxu və güc təhdidi ilə məhv edə bilməzsiniz”.

Belə bir rəyin İraqdan gəlməsi çox önəmlidir. İraq ABŞ Hərbi Hava Qüvvələri tərəfindən məhv edilən, insanları işgəncələrə məruz qoyulan, təcavüzə uğrayan və nefti müsadirə edilən bir ölkədir. Bəs İraq niyə bu vəziyyətə düşdü? Yaşar Nuri Öztürk bu vəziyyəti “Allah ağlından istifadə etməyənlərin üzərinə pislik göndərər” mənasını verən bir ayə ilə izah edib və bütün insanlara xəbərdarlıq verib.

Anadolu yaylasının şərq hissələrinə göydən meteorid və ya işıq yağıb. Elə NASA-nın da meteorları istədiyi koordinatlara yağdıra biləcəyi DART adlı bir layihəsi var. Təbii ki, Şərqi Qara dənizdə və Şərqi Anadoluda baş verənləri dəqiq şəkildə izah edə bilmərəm, amma bir dövlət məmurunun belə bu mövzuda danışmaması maraqlı hal deyilmi? Deyə bilərsiniz ki, bu, adi bir təbiət hadisəsidirsə, dövlət və ya siyasi hakimiyyət nə etsin? Bəs onda niyə bunun normal bir təbiət hadisəsi olduğunu deyə bilmirlər?

Kosmosa göndərilən kapsulun adı belə “Dragon”, yəni Əjdahadır. Bütün dünya peyklər vasitəsilə elektromaqnit dalğaları və lazer şüaları ilə bir əjdahanın qolları kimi əhatəyə alınarkən, virusla təhdid edilib, evlərinə həbs edilən və sonra da ancaq maska taxmaqla evdən çıxmasına icazə verilən insanlar, indi ABŞ Kosmik Qüvvələrinin bütün dünyanı ələ keçirməsini alqışlayırlar. Atatürkün də dediyi kimi, biz heç kimin düşməni deyilik, biz yalnız bəşəriyyətə düşmən kəsilənlərin düşməni olmalıyıq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar