“Mənə bu il o qədər “İnstaqram”da, “Facebook”da yazdılar ki, “siz də öz namizədliyinizi verin”. Səmimi deyim ki, bu il parlament seçkilərini yaxından izləyəcəyəm”...
PİA.az xəbər verir ki, bu sözləri "Mtv Azərbaycan"a müsahibəsində, aparıcı-aktyor İlkin Həsəni deyib. Aktyor növbədənkənar parlament seçkilərində iştirak etmək istəyindən də danışıb:
“Səmimi deyim ki, bu il parlament seçkilərini yaxından izləyəcəyəm. İstər şou nümayəndələri, istərsə də sosial şəbəkədə aktiv olanlar namizəddir. Ola bilər ki, 5 ildən sonra namizədliyimi verim.
Bu il tamaşaçı, gizlin müşahidəçi kimi prosesləri izləyəcəyəm. 5 il sonra bəlkə də ola bilər. O adamlar seçilirlərsə, ilk növbədə, seçicilərinin səsini ora çatdırmalıdırlar. İkinci növbədə, həmin insanda idarəçilik qabiliyyəti olmalıdır. Mən tanınmışam, gedim. Orada "hə", "yox" düymələrini basmaqla iş bitmir. Səni seçən insanların problemlərini həll etməlisən".
pia.az