Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlk görüşdə dedi ki, səninlə evlənəcəyəm”

Bir neçə gün öncə “hə” mərasimi olan aktrisa Asya Atakişiyeva və nişanlısı aktyor Əmrah Dadaşov “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” proqramında qonaq olub...

Sənətçilər maraqlı açıqlamaları ilə diqqət çəkib.

A.Atakişiyeva Əmrahı qısqanmadığını bildirib:

“Onun səsinə vurulmuşam. Mənə ilk görüşdə dedi ki, səninlə evlənəcəm. Ona güvənirəm. Səhnədə, sənətdə texnika var. Başqa aktrisa ilə öpüşsə, qısqanmaram. Onun nəinki İnstaqramı, heç telefonuna belə baxmıram”.

Ə.Dadaşov isə Asya ilə tanışlıq prosesindən söz açıb:

“Bizim teatrın yanında qalırlar. Evdən işə, işdən də evə gəlir. Bir-birimizi illərdir tanıyırdıq. Yaxın münasibət isə bir ildən çoxdur olub. Zaur adlı ortaq dostumuz var. Ona demişdim ki, bizi görüşdür. Neçə vaxtdır ki, Asyadan xoşum gəlir. Hər şey sürətli baş verməyib. Sonra Zaur oldu yalan, biz isə gerçək”.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub. Onları ilk dəfə birlikdə Axşam.az görüntüləyib.(axşam.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar