Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlk dəfədir Rusiya prezidentinin dilindən bu cür ifadə eşidirik” - Putinin Qarabağ açıqlamasına şərh

Putin konflikti ermənilərə qarşı etnik münaqişə kimi təqdim etməklə əslində nəyə işarə etdi?..

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri: “Putin Azərbaycanın maraqlarına xidmət edən bir cümlə işlətdi. Putin bildirdi ki, Azərbaycan torpaqları uzun müddətdir işğal altındadır”.

“Artıq Qarabağda müharibənin dayandırılması ilə bağlı Azərbaycana heç bir təzyiq yoxdur”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin dünən Dağlıq Qarabağla bağlı dediyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında Dağlıq Qarabağla bağlı bir çox fikirlər səsləndirdi.

“Bilirsiniz ki, növbəti dəfə hər iki ölkənin Xarici İşlər nazirləri Rusiyaya səfər etdilər. 23 oktyabrda onlar Vaşinqtonda görüşürlər. Çox ümid edirəm ki, bizim amerikalı partnyorlarımız bizimlə həmrəy şəkildə çalışacaq, münaqişənin tənzimlənməsinə kömək edəcək. Ən yaxşısına ümid edəcəyik”, - deyə Rusiya lideri bildirib.

V.Putin bildirib ki, AzərbaycanErmənistan rəhbərləri ilə sıx təmasdadır və gün ərzində bir neçə dəfə onlarla telefonda danışır.

“Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, - deyə Vladimir Putin bildirib.

O qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur.

“Bu kompromisin tapılmasını çox istərdim”, deyə V.Putin əlavə edib.

Həmçinin Putin bildirib ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz.

Ümumilikdə Rusiya prezidəntinin mövqeyini necə dəyərləndirmək olar və bu mövqe Azərbaycanın mövqeyinə nə qədər uyğundur? Putin konflikti ermənilərə qarşı etnik münaqişə kimi təqdim etməklə əslində nəyə işarə etdi?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Putin bildirdi ki, Azərbaycan torpaqları uzun müddətdir işğal altındadır. Bu faktın təsdiqidir”.

Putin çıxışında ermənilərə də dəstək ifadə etdiyini xatırladan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Rusiya prezidentinin bu fikirləri Azərbaycanın maraqlarına ziddir. Çünki Azərbaycan ermənilərə qarşı qeyd edilən cinayətləri törətməyib. Sumqayıt hadisələri isə quruma bir plan olub:

“Dünən Rusiya prezidenti fərqli fikirlər söylədi. O bəzən ziddiyyətli fikirlər dedi. Məsələn Sumqayıt hadisələrini xatırlatdı. Guya ki, ermənilərə qarşı soyqırım hadisəsi həyata keçirilib.

Amma Putin Azərbaycanın maraqlarına xidmət edən bir cümlə işlətdi. Putin bildirdi ki, Azərbaycan torpaqları uzun müddətdir işğal altındadır. Bu faktın təsdiqidir və ilk dəfədir ki, Rusiya prezidentinin dilindən bu cür ifadə eşidirik. Bizim bu ifadəni eşitməyimizin səbəbi Azərbaycan ordusunun irəliləməsidir. Artıq bununla Rusiya da hesablaşıb və Azərbaycana təzyiq edib hücumu dayandıra bilmədilər.

Artıq Qarabağda müharibənin dayandırılması ilə bağlı Azərbaycana heç bir təzyiq yoxdur. Həmçinin Rusiya prezidenti bildirdi ki, Azərbaycan Ermənistanla yaxşı münasibətlər qurmaq istəyir. Azərbaycana da bu lazım idi. Bu baxımdan Putinin bəzi fikirlərinin Azərbaycanın maraqlarına uyğun olduğunu düşünürəm.

Elxan Şahinoğlu: “Putinin ermənilərə dəstək ifadəsini deyil, Azərbaycanın maraqlarına uyğun ifadələrini əsas götürürəm”.

Putin çıxışında ermənilərə də dəstək ifadə etdi. Əlbəttə ki, Rusiya prezidentinin bu fikirləri Azərbaycanın maraqlarına ziddir. Çünki Azərbaycan ermənilərə qarşı qeyd edilən cinayətləri törətməyib. Sumqayıt hadisələri isə qurulma bir plan olub.

Amma mən Putinin ermənilərə dəstək ifadəsini deyil Azərbaycanın maraqlarına uyğun ifadələrini əsas götürürəm. Putin bildirdi ki, Azərbaycan torpaqları daha nə qədər işğal altında qala bilər? Bu cümlə bizim üçün daha vacib idi”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar