İlin ilk Ay tutulması hadisəsi olub.
PİA.az-ın xəbərinə görə, təbiət hadisəsi tam Ay tutulmasıdır.
Təbii hadisə saat 07:29-da başlayıb, saat 8:53-də sona çatıb. Tutulmanın maksimumu saat 8:11-də qeydə alınıb.
Təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən izləmək mümkündür.
Tutulma zamanı Ay üfüqdən aşağıda olduğundan təbii hadisə Azərbaycanda müşahidə edilmir.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində təbii hadisənin fotoları yayılıb.
pia.az