Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Namiq Kamalın 70 illiyi qeyd ediləcək

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək

Xalq artisti, "Şöhrət"ordenli, Prezidentin fərdi təqaüdçüsü, professor İlham Namiq Kamalın 70 yaşı tamam olur.

Bu münasibətlə Mədəniyyət Nazirliyinin əmri ilə 12 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyevdir. Rəqslərin quruluşu əməkdar artistlər Zakir və Leyla Ağayevalara məxsusdur.

Yubiley axşamı benefis formasında həll olunub. Benefis axşamında aktyorun səsləndirdiyi mahnılar, monoloqlar, video bloklar nümayiş etdiriləcək. Tədbirdə həmçinin Akademik Musiqili Teatrının, Akademik Dövlət Dram, Akademik Opera və Balet, Abdulla Şaiq adına Bakı Kukla Teatrlarının əməkdaşları da iştirak edəcək. Yubiley gecəsinə həmçinin İlham Namiq Kamalın sənət dostları, kafedra müdiri olduğu Mədəniyyət və İncəsənət Universitetinin yetişdirdiyi, hazırda teatrlarda çalışan aktyorlar, ictimaittəyin nümayəndələri də qatılacaq.

İlham Namiq Kamal oğlu Əhmədov aktyor, teatr rejissoru, "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri, ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiri, Azərbaycanın xalq artistidir.

Əslən Şamaxıdan olan aktyor 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər. Bu kollektivdə Mirzə Cavad ("Aydın", Cəfər Cabbarlı), Şvester ("Meteor" Fridrix Dürrenmatt), Lomov ("Elçilik", Anton Çexov), Rekrutçu ("Sahildə Bir Ev", Stefan Sveyq), Baş katib ("Sehirli Kreslo", Friteş Korinti), Molla Səbzəli ("Üləma Məclisi" Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.

İlham Namiq Kamal müəyyən dövrlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Akademik Milli Dram Teatrında, Gənclər Teatrında aktyor işləyib. 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərən sənət ocağında İlham Namiq Kamal Stanislav Stratiyevin "Çarəsiz sərnişinlər" (Məsuliyyətsiz), Rəhman Əlizadənin "Dadaşbala əməliyyatı" (Dadaşbala), İsi Məlikzadənin "Sultanqulu Körpüsü" (Sultanqulu), Robber Tomanın "Arvadımın Qatili" (Daniel), Vaqif Səmədoğlunun "Dağ Tikirik" (Kələntər), Georgi Xuqayevin "Arvadımın Əri Özüməm" (Kazbek) pyeslərinin səhnə təsfirində, "Gül, Sevin, Gül" (müxtəlif sifət-maskalar) şou-tamaşasında baş rolları ifa edib.

Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun "Sevgilimin Anası və yaxud Evlənmə Əhvalatı" (Albadam), Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun "Qarğa, Məndə Qoz var" (Adil, Farmazov, Aşıq, Professor və Əyyaş), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin "Fulimeno Marturano" (Dominesko Soriano) musiqili komediyalarında oynayıb.

1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir.

İlham Namiq Kamal televiziya tamaşalarında və filmlərdə yaratdığı bir-birindən maraqlı obrazlarla da tamaşaçıların rəğbətini qazanıb.

Aktyorun 4 övladı var: qızları - Qumru, Qumral, oğlanları - Ülvi, Ziya.

O, 25 iyun 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. 10 mart 2014-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb. Aktyor Cəfər Namiq Kamalın qardaşıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar