Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlham Əliyevin əsas hədəfi Şuşadır…” – Türk polkovnik

"Azərbaycan Prezidenti İlham Əliyev əsas hədəf kimi Şuşanı göstərib. Şuşa işğaldan azad edilərsə, Azərbaycan bütün bölgəni nəzarətə götürəcək”.

PİA.az xəbər verir bu sözləri Türkiyə Ordusunun ehtiyatda olan polkovniki Ünal Atabay Qarabağda gedən döyüşləri “Yenişafak” qəzetinə dəyrləndirərkən bildirib.

Ehtiyatda olan polkovnik qeyd edib ki, Cəbrayıldan sonra Zəngilana açılan bir dəhliz var ki, oradan istiqamət Şuşa şəhərinədir. “Şuşaya nəzarət bütün bölgəyə nəzarət deməkdir. Azərbaycan Ordusu müvəffəqiyyətlə irəliləməkdə davam edir. Pilotsuz Uçuş Aparatlarından uğurlu istifadə də əməliyyat meydanına əlavə dərinlik qatır”, - deyə Ünal Atabay vurğulayıb.

O daha sonra Azərbaycan Ordusunun staretji nöqtələri işğaldan azad etməsinə diqqət çəkərək əlavə edib:

Azərbaycan Ordusu Araz vadisi dediyimiz Zəngilana fokuslaşıb. Burada Füzuli istiqamətində dağlar şərq-qərb silsiləsinə açılır. Onun cənubunda isə cənib-şimal silsiləsi var. FüzuliCəbrayıl istiqamətində birləşmə nöqtələrinin təyin edilməsi çox önəmli idi. Fikrimcə, Azərbaycan Ordusu bunu təmin edib”.

Ünal Atabay Ermənistan silahlı qüvvələrinin 28 il ərzində müdafiə istehkamları qurmasından da danışıb.

"Müdafiə istehkamlarını bir metrəlik betonlarla qurublar. Ermənistan uzun illərdir bu istehkamları inşa edib. Təmas xətti dediyimiz xətdən dərinliyə doğru logistik obyektləri, hava müdafiə sistemlərini, əsas təchizat yollarındakı mövqeləri zərərsizləşdirmək üçün PUA-ların və kamikadze dronların kifayət qədər əhəmiyyətli olduğunu görürük. Dünyada yarılmayacaq müdafiə xətti yoxdur", - deyə ehtiyatda olan polkovnik bildirib.(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar