Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevin ən yeni siyasi texnologiyası: “Danışan Azərbaycan Prezidentidir!”

Bu telefon zəngi bir sıravi jurnalistə də gələ bilər

Azər Rəşidoğlu yazır

Prezident İlham Əliyevin son addımları çoxsaylı suallar doğurub. Ölkə başçısı nə etmək istəyir? İslahatlar başladı, yoxsa baş verənlər prezidentin vətəndaşlarla görüşündə fərqli texnologiyanın tətbiqidir? 16 illik prezidentliyi dövründə ilk dəfədir ki, İlham Əliyev xalqla bu dərəcədə yaxından birbaşa təmasa girir.


Bu dəfə icra strukturlarının inzibati resurslarından istifadə etmədən özü sadə vətəndaşların arasına çıxır, onları dinləyir, anındaca reaksiya verir. Nədir bütün bunlar? Demokratik açılım başladı? Nə baş verdi ki, dövlət rəhbəri idarəetmədə bu dərəcədə ciddi dönüşlərə getdi? Yəni, doğrudanmı “Məhsul” stadionunda keçirilən son miitinq hakimiyyət dəhlizlərində bu qədər təşvişə səbəb oldu?

Ciddi bir analitik üçün bu amil ancaq köməkçi element kimi dəyərləndirilə bilər. Deməli, səbəb son etiraz akksiyası ilə bağlı deyil. İlk öncə “nə baş verir” sualına cavab axtaraq.

Beləliklə...

Prezidentin həyata keçirdiyi siyasi xətt yalnız siyasi texnologiya elementləri deyil, ənənəvi idarətetmə içində seçilən tamailə yeni siyasi kursdur. Yəni, baş verənlər yalnız PR elementləri deyil, yeni yanaşmadır. Kabinetlərdə yuxulu məmurların hazırladığı bayağı kursdan fərqlənən bu yeni siyasi kursun üzə çıxartdığı bir nüans mövcuddur. Artıq prezident və birinci vitse-prezidentin olimpi fəth etmək uğrunda savaşından heç kəs danışmır. Prezident və Birinci vitse-prezident birlikdə yeni siyasi xətti aparırlar və bu baxımdan erkən prezident seçkiləri ilə bağlı elə həmin mürgüləyən məmurcığazların dövriyyəyə buraxdığı dezinformasiyalar alt-üst oldu.
Məlumatlara görə, ölkə rəhbərliyi bir- neçə mənbədən təkliflər paketi alır və dəyərləndir. Yeni ekspertlər “Əli Kərimlinin şəxsi həyatına müdaxilə edin”, “radikal, dağıdıcı müxalifət xalqı qırğına aparır”, “Leyla Yunusun anası ermənidir” kimi tezisləri saytlara, bloqlara, sosial şəbəkələr sırıyan köhnəlmiş ideya müəlliflərindən fərqli olaraq, daha optimal təkliflərlərlə çıxış edirlər. Kreditlərlərlə bağlı qərar, sosial şəbəkələrin izlənilməsi və oradakı təkliflərin dəyərləndirilməsi, telefon zəngi (Rasim Balayev nümunəsi) kimi təkliflərlə çıxış edirlər. Ən təqdirəlayiqi budur ki, rəhbərlik bu təklifləri şəxsən dəyərləndirir və son qərarı özü verir.

Qərb ölkələrinin idarəetməsi modelində ekspertlərə ayrılan rol artıq Azərbaycanda da işləməyə başlayıb. Bütün bu təklifləri verənlər indiyə qədər “söyün, təhqir edin” tezisini verən komanda deyil. Əlbəttə ki, təhqirlərə təhqirlə cavab verilir və heç kəs bu yuxulu məmurcığazları söymür. Bu söyüş siyasətinin nəticəsində ölkə başçısı hədəf seçilir, həmin balaca məmurları yada salan belə olmur.

Bir sözlə, güc dinamikasi islahatci təfəkkürdə olanlarin lehinə dəyişməkdədir. Bu isə “qara kassaya” nəzarət edən “müxalifətdəkilər mavidir” yazdıran köhnə zehniyyatın sonunu gətirir. Deməli, prezident və birinci vitse-prezidentin apardığı xəttə qarşı onların müqaviməti olacaq. Lakin kim müqavimət göstərəcək? Trollar ordusu, yoxsa təhqirlər yazan jurnalistlər? Özünə hörmət edən qələm sahiblərinin heç biri “müxalifət liderləri mavidir” tezisini yazmaq istəmirlər. Heç bir şantaj onları buna vadar edə bilməz. Burada bir məqama da toxunmaq lazım gəlir.

Jurnalistlərə verilən mənzillər (söhbət əsl jurnalistlərdən gedir – A.R.) onların haqqıdır. 30-40 il mətbuatda əziyyət çəkən və baş redaktorlardan fərqli olaraq acınacaqlı şəraitdə yaşayan qələm əhlinə mənzili prezident İlham Əliyev hədiyyə edib. Heç bir məmurcığaz bu mənzili jurnalistin əlindən ala bilməz və onu “sənə ev vermişik” şantajı ilə söyüş yazmağa vadar edə bilməz. Bu evlər sizin yox, ölkə başçısının hədiyyəsidir. Bu barədə etdiyiniz şantajlardan ölkə başçısının xəbəri olarsa, vəziyyətinizin necə olacağını düşünün!

Bu kimi şantajların nəticəsində xaricdəki mühacirlər ölkə başçısı və onun ailəsini təhqir etməyə başladılar. Anlamaq lazımdır. Belə yanaşma ilə 21-ci əsrdə insanları idarə etmək mümkün deyil. Ölkə başçısı nələrisə dəyişmək istəyir. Bürokratik daş hasar ona imkan vermir. Prezident birbaşa təmaslara başlayır və məmur ordusuna, artıq yükə çevrilən YAP təfəkkürünə ciddi zərbələr endirir. İctimai rəy dövlət başçısının xeyrinə dəyişir və “həbs edin, telefon zəngi ilə jurnalisti işdən qovdurun, söyüş yazmağa vadar edin” tezislərinin müəllifləri artıq öz önəmlərini itirirlər. Əslində, bunu edənlər heç şöbə rəhbərləri də deyil, onların adından istifadə edən balaca (amma özlərini böyük hesab edən) məmurcığazlardır. Artıq onlar da çemodanlarını yığmağa hazırlaşırlar. Öz şöbə rəhbərlərinə, Prezidentə, Birinci vitse-prezidentə ən böyük zərbəni vuran bu insanlardan yaxa qurtarmağın zamanı çoxdan çatıb.


Ölkə başçısının Mirşahinə verdiyi müsahibə maraq doğurdu. Şahinin istedadı daha maraqlı suallar verməyə yetərincə idi. Buna da mane oldular. Prezident Davosda verdiyi müsahibələr zamanı sübuta yetirdi ki, o, ən sərt suallara cavab vermək qabiliyyiyətindədir. Belə xidmət heç kəsə lazım deyil, ölkə rəhbərinə isə heç lazım deyil.

Prezidentin Rasim Balayevə telefon zəngi etməsi gözəl jest idi. Əgər prezident bu dəfə sıravi bir jurnalistə (qətiyyən baş redaktora deyil) zəng etsə, yüzlərlə jurnalist üçün bu xəbərin nə anlam daşıdığını dərk edən varmı?!

Rusiyanı nəzərə almasaq, siyasi hakimiyyətə qarşı xarici təzyiqlər böyük deyil. “Paşinyan modeli” də artıq aktuallığını itirir. İlham Əliyev xalqın arasında olur və belə “sürprizlər”in qarşısını alır.

Başlıca suala cavab verək. Baş verənlər islahatdırmı? Oqtay Şirəliyevin səhiyyə naziri olduğu, gömrükdə rüşvətin at oynatdığı bir ölkədə islahatdan danışmaq hələ çox tezdir. Azad media, məhkəmə islahatı, polisdəki özbaşınalıq, icra başçılarının harınlığı fonunda da islahatdan danışmaq mümkün deyil. Enerji daşıyıcıları ilə bağlı, sosial təminatlarla bağlı müsbət qərarların veriləcəyi ehtimalı böyükdür. Bu sıraya azad medianın yenidən qurulması (korruspiyaya uğraşmış jurnalistləri uzaq tutmaq şərti ilə), siyasi məhbus probleminin həll edilməsi də daxildir.

Bu gün ölkədə müstəqil analitik və sorğu mərkəzləri mövcud deyil. Belə mərkəzlərin rəhbərliyində müstəqil insanlar durmalıdır. Obyektiv rəy sorğusu keçirilərsə, ölkə başçısının reytinqinin yüksək olduğu üzə çıxar. Amma bu nəticələri hakimiyyətpərəst biri təqdim edərsə, onun obyektivliyinə heç kim etibar eləməyəcək.

İlham Əliyev dəyişiklik tərafdarıdır. Problemləri araşdırmaq üçün sosial şəbəkələri izləyir. Bu baxımdan, ona problemləri çatdırmağa cəsarəti və mədəniyyəti çatan insanlarla təmasa ehtiyac var. Azərbaycan hamımızn vətənidir. Problemləri birlikdə həll etməliyik. Amma yeni yanaşma ilə...

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Türkiyə taleyini həll etməyə hazırlaşır – Döyüş meydanı böyük şəhərlərdir

İlham Əliyevin ən yeni siyasi texnologiyası: “Danışan Azərbaycan Prezidentidir!”

Ən çox oxunanalar