Şənbə, 21 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İlham Əliyevin ABŞ-a qarşı irəli sürdüyü ittihamların pərdəarxası məqamları....

Bayden adminstrasiyasının Ermənistana tərəfkeş siyasət yürütməsi regionda balansa necə təsir edə bilər?..

İlyas Hüseynov: “Ermənistanı demokratiya sammitinə dəvət edən ABŞ Azərbaycanı sammitə dəvət etmədi. Bununla da ABŞ Cənubi Qafqazda öz seçimini etmiş oldu”.

Ərəstun Oruclu: “Azərbaycan hakimiyyəti ABŞ-la normal münasibətlərə malikdir. Sadəcə olaraq bu münasibətlər Rusiyaya görə gizlədilməyə çalılışır”.

Azərbaycan prezidenti İlham Əliyev son müsahibəsində ABŞ-a qarşı bir sıra iradlar irəli sürüb. Hər şeydən əvvəl İlham Əliyev Bayden adminstrasiyasını Azərbaycanla Ermənistan arasında balansı gözləməkdə ittiham edib.

Azərbaycanla ABŞ arasında indiki münasibətlərin səviyyəsini necə dəyərləndirmək olar? Bayden adminstrasiyasının Ermənistana tərəfkeş siyasət yürütməsi regionda balansa necə təsir edə bilər?

ABŞ-Azərbaycan münasibətlərini PİA.az-ın əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, siyasi şərhçi İlyas HüseynovABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

İlyas Hüseynov: “Bayden adminstrasiyasının Ermənistana münasibətdə tərəfkeş mövqe tutması regionda qüvvələr balansı baxımından maraqlı bir mənzərəni ortaya çıxarır”.

Rusiyanın Özbəkistanı və Türkmənistanı Taliban rejimi ilə qorxudaraq KTMT-ə salmaqda israrlı olduğunu düşünən siyasi şərhçi eyni zamanda da ABŞ-ın Şərqi Avropa dövlətlərini təcili surətdə NATO klubuna daxil olması istiqamərində bir sıra təşəbbüslər göstərdiyini nəzərə çatdırıb:

Prezident İlham Əliyevin ABŞ-a qarşı irəli sürdüyü ittihamlar çox haqlı ittihamlardır. Biz bu gün ABŞAzərbaycan arasında olan münaaibətlərə nəzər salmaləyıq. Eyni zamanda Azərbaycanın Cənubi Qafqazda oynadığı rolu yenidən nəzərdən keçirməliyik. Çünki Bayden adminstrasiyasının Ermənistana münasibətdə tərəfkeş mövqe tutması regionda qüvvələr balansı baxımından maraqlı bir mənzərəni ortaya çıxarır. Digər tərəfdən önəmli bir nüans da ondan ibarətdir ki, ABŞ Ermənistanın Təhlükəsizlik Şurasının katibini Vaşinqtona dəvət edir. Lakin analoji səfər təklifi Azərbaycana edilmir. Bu isə münaqişəli tərəflər arasında balansın birbaşa pozulması deməkdir və təbii ki, bu kimi açıq tərəfkeşlik siyasətinə Azərbaycan susqunluqla cavab verə bilməz.

Eyni zamanda Ermənistanı “Demokratiya sammiti”nə dəvət edən ABŞ Azərbaycanı sammitə dəvət etmədi. Bununla da ABŞ Cənubi Qafqazda öz seçimini etmiş oldu. Buna baxmayaraq ABŞ-da məhz Bayden adminstrasiyası dövründə dövlətləri özününkülərə və özgələrə bölmək siyasəti həyata keçirilir. Həmçinin Şərqi Avropada, Mərkəzi Asiyada bir sıra geosiyasi proseslər gedir. Bu da Cənuni Qafqaza təsir edir.

İlyas Hüseynov: “ABŞ üçün Azərbaycan daha önəmli dövlətdir”.

Necə ki, Rusiya Özbəkistanı və Türkmənistanı Taliban rejimi ilə qorxudaraq KTMT-ə salmaqda israrlıdır, eyni zamanda da ABŞ keçmiş SSRİ-yə aid olan Şərqi Avropa dövlətlərini təcili surətdə NATO klubuna daxil olması istiqamərində bir sıra təşəbbüslər göstərir və bu təşəbbüsslər heç də sıradan bir təşəbbüs deyil. Çünki bu təşəbbüslərin əsas məqsədi geosiyasi cəhətdən Rusiyanı küncə sıxışdırmaq, onun əlini-qolunu bağlamaq anlamına gəlir. Hətta ABŞ Skandinaviya dövlətləri İsveç və Fillandiyanı da Rusiya təhlükəsizliyindən qorumaq məqsədi ilə öz hərbi-siyasi blokuna qatmaqda maraqlıdır. Bu isə Qərb istiqamətində Ruisyanın bütün çıxışlarını bazlamaq demək olur.

Onu da qeyd edim ki, ABŞ üçün Azərbaycan daha önəmli dövlətdir. Həm təhlükəsizlik arxitekturasının yeni geosiyasi mübarizə şəraitində daha da qüvvətləndirilməsi, həm də transmilli cinayətkarlığın qarşısının alınmasında, bir sıra kriminal şəbəkələrin ifşa olunmasında, karbohidrogen ehtiyyatlarının Qərbə nəqli və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu var. Bütün bunlar da ABŞAzərbaycanı münasibətlərdə strateji addımlar atmağa sövq edir.

İlyas Hüseynov: “Biz ABŞ-ın Avropa Birliyi vasitəsilə regionda iştirakının artmasını görürük”.

ABŞ da Azərbaycana qarşılıq olaraq bir sıra addımlar atır. Məsələn ABŞ səfiri işğaldan azad olunan ərazilərə səfər edir və orada iqtisadi dinamikliyin artırılması istiqamətində işlərin həyata keçirilməsində bir sıra təşəbbüsləri qeyd edib. Həm də biz ABŞ-ın Avropa Birliyi vasitəsilə regionda iştirakının artmasını görürük. Regiondakı problemlərin həll olunmasında bu gün önəmli geosiyasi aktora məhz Avropa İttifaqı çevrilməkdədir. Təbii ki, Avropa İttifaqının bir sıra təşəbbüsləri də ABŞ-ın diktəsi ilə həyata keçirilir.

Onu da qeyd edim ki, regionda da palitra dəyişməkdədir. Buraya bir neçə çalarları da ABŞ qatır. Lakin biz ABŞ-ın daha çox hər hansısa təsir mexanizmlərini icra etmək əvəzinə daha praqmatik, düşünülmüş və real siyasətini görməkdə maraqlıyıq. Ona görə də hesab edirəm ki, Ukrayna gərginliyinin aşılmasının ardından yaranacaq olan müəyyən geosiyasi aydınlıq ABŞ-ın Cənubi Qafqazda daha aktiv rol almasına yol açacaq və bu zaman Vaşinqtonun Azərbaycana olan strateji marağı da kifayət qədər artacaq”.

Ərəstun Oruclu: “Azərbaycan daha surətlə Rusiya ilə yaxınlaşmaqdadır. Buna görə də Azərbaycan hakimiyyəti tez-tez çox müxtəlif paradoksal bəyanatlar verir”.

Qeyd edək ki, İlyas Hüseynovdan fərqli olaraq ABŞ-da yaşayan tanınmış siyasi şərhçi Ərəstun Oruclu hesab edir ki, prezidentin ABŞ-a qarşı ittihamlarının arxasında Rusiyaya daha çox yaxınlaşma meyli var. Bu cür bəyanatları ciddi qəbul etmədiyini bildirən Ərəsrun Oruclu PİA.az0a açıqlamasında sual verib ki, bu günə qədər ABŞ adminstrasiyası guya ermənipərəst olub nə edib? Müharibə dövründə onlar Ermənistana dəstək verə bilmədilər:

“Hal-hazırda Azərbaycan daha surətlə Rusiya ilə yaxınlaşmaqdadır. Buna görə də Azərbaycan hakimiyyəti tez-tez çox müxtəlif paradoksal bəyanatlar verir. Məsələn İlham Əliyev Brüsseldə Belarusun əleyhinə olan tənqidi bəndlər olan sənədə imza atmır. Eyni zamanda xüsusi ilə qeyd etdi ki, biz Belarusun əleyinə olan həmin o tənqidi memerendumdakı bəndlərlə razılaşmırıq. Bu kimi bəyanatlar təbii ki, Qərbdə heç də birmənalı qarşılanmır və hesab edirəm ki, bu tipli bəyanatlara görə Azərbaycan “Demokratiya sammiti”ndən kənarda qaldı.

ABŞ-ın tənqidi də məhz Rusiyaya mülayimlik göstərmək məqsədi ilə edilir. ABŞAzərbaycan arasında kifayət qədər konsturiktiv münasibətlər mövcuddur. Maraqlıdır ki, bunu bəzən bir sıra dövlər rəsmiləri də deyirlər. Sonradan isə bu münasibətləri tənqid edirlər. Bu tənqidlərin nə qədər obyektiv və əsaslı olmasından asılı olmayaraq, Qərbdə bu kimi bəyanatlar Rusiyaya daha çox yarınmaq kimi dəyərləndirilir.

Ərəstun Oruclu: “Vaşinqtonun maraqları Cənudi Qafqazda daha ciddi siyasətin yürüdülməsini tələb edəndə, hakimiyyətdə hansı adminstrasiyanın olmasından asılı olmayaraq Azərbaycanın da əhəmiyyəti artacaq”.

Lakin mən bu cür bəyanatları ciddi qəbul etmirəm. Ümumiyyətlə bu gün Qərbdə yaşanan erməni simpatiyası geosiyasi əhəmiyyət daşımır. Bu daha çox Qərb siyasətçilərinin uzaq Cənubi Qafqaz haqqında birtərəfli və yarımçıq məlumata sahib olmaları ilə bağlıdır və çox təəssüf ki, onlar bu məlumatları daha çox erməni diasporunun nümayəndələrindən alırlar.
Hesab edirəm ki, Vaşinqtonun maraqları Cənubi Qafqazda daha ciddi siyasətin yürüdülməsini tələb edəndə, hakimiyyətdə hansı adminstrasiyanın olmasından asılı olmayaraq Azərbaycanın da əhəmiyyəti artacaq. Bu günə qədər ABŞ adminstrasiyası guya ermənipərəst olub nə edib? Müharibə dövründə də onlar Ermənistana dəstək vermədilər.

Mən bu bəyanatın ancaq Rusiyaya xoş gəlmək üçün verildiyini düşünürəm. Başqa heç bir şey. Bu bəyanatın ABŞ-Azərbaycan münasibətlərinə bu və ya digər şəkildə təsir edəcəyini zənn etmirəm. Çünki Azərbaycan hakimiyyəti ABŞ-la normal münasibətlərə malikdir. Sadəcə olaraq bu münasibətlər Rusiyaya görə gizlədilməyə çalışır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Bu ölkələr Kremlin hədəfindədir" - Rusiyalı general

DTX-dən əməliyyat: "Azəri Camaatı"nda döyüşən şəxs həbs edildi

İsa Qəmbər 180 manatlıq “pensiya”sına görə məhkəməyə üz tutur

Jurnalist Qadir İbrahimli dəfn olunub - Yenilənib

Rusiya hərbçilərinin Buça sakinlərini edam etməsinə dair yeni görüntülər yayılıb - Foto, Video

Kamran Əsədov: ""Poz, qazan"ın yerini dəyişə bilmiriksə, ən asanı universitetin yerini köçürməkdir?"

BŞİH: Paytaxtda ümumşəhər daxili iməcliyi keçiriləcək

Mariupol 81 günlük mühasirədən sonra təslim olub

Qubada 5 il əvvəl törədilən qətlin üstü açılıb, saxlanılan var

Aleksandr Qavrutenko: “Rusiyanın geri çəkilməsi yalnız qaçmaq şəklində olacaq”

Ən çox oxunanalar