Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev yeni əsrin güclü lideri olaraq Azərbaycanı inamla irəli aparır

"Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda pandemiya-nın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldı"...

Hər bir xalqın tarixində,hər bir dövlətin yaranmasında, inkişaf etməsində böyük şəxsiyyətlər mühüm əhəmiyyət kəsb edirlər.Onların dövlət qurulucuğunda rolu, insanları ümumi bir məqsəd naminə səfərbər etmələri, xalqı mütəşəkkil qüvvə olaraq formalaşdırmasi və öz arxalarınca apara bilmək qabiliyyəti, siyasi və idarəçilik keyfiyyətləri bu cür şəxsiyyətlərin lider kimi qəbul olunmalarına əsas verir.

Bu gün Azərbaycan Respublikasının dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi, xalqın haqlı olaraq Ümumilli Lider hesab etdiyi Heydər Əliyevin tarixi və misilsiz fəaliyyətinin nəticəsidir.

Ümumilli Lider Heydər Əliyevin alternativi olmayan daxili və xarici siyasətinin, strateji və siyasi xəttinin görkəmli şəxsiyyət , dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmışdır.

Müasir Azərbaycanın memarı, Heydər Əliyevin misilsiz, alternativi olmayan daxili və xarici siyasətini və ideyalarını Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbayacan bu gün dünyanın siyasi sistemində özünə məxsus yeri ilə seçilir. İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycani inamla irəli aparir.Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.

Hazırda dünyada tüğyan edən koronavirus epidemiyası bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Lakin Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanda pandemiya-nın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına səfərbər etdi. Prezidentimizin rəhbərliyilə ölkəmizdə həyata keçirilən tədbirlər həm iqtisadiyyatımızın, həm də maliyyə sistemimizin böhrandan xilas olmasına, eləcə də xalqımızın bu pandemiyadan maksimum qorunmasına gətirib çıxarıb.

Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün ölkəmizdə münbit şərait yaradılıb.Koronavirusla mübarizə bir daha təsdiq edir ki, cənab Prezident hər zaman olduğu kimi bu ağır dönəmdə də xalqın yanındadır və onun hər bir probleminə həssaslıqla yanaşır. İlham Əliyevin vaxtilə söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” sözləri bu narahat günlərdə bir daha öz təsdiqini tapdı. Xalqımız bir daha əmin oldu ki, onların güclü dövləti və dar günündə onun arxasında inamla dayanan Prezidenti var. Prezident İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu son bir ildə aparılan ardıcıl islahatlar bir daha təsdiq edir. Nəzərə almalıyıq ki, bu siyasi iradə həm də insanlarda həmin islahatların effektivliyi ilə bağlı yüksək gözləntilər formalaşdırır. Prezident İlham Əliyevin islahatları sosial həyatımıza şəffaflıq gətirdi. “Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir.Çünki şəffaflıq olmadan biz heç bir islahati apara bilmərik və nə iqtisadi nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”-deyən Prezident İlham Əliyev dövlət strukturlarının təkmilləşdiriməsi və şəffaflığın artirilmasi,vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılmasi üçün aparılan islahatlar çərçivəsində innovativ addım atdı.

Bu gün prokurorluq orqanları Prezident İlham Əliyevin respublikamızın yüksəlişinə xidmət edən siyasi kursunun uğurla reallaşması istiqamətində, cəmiyyətdə qanunçuluğun, ictimai-siyasi sabitliyin, əmin-amanlığın, hər kəsin hüquq və mənafeyinin qorunmasına əzmlə xidmət edir. Bu da sözsüz ki, cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır, vətəndaşlarımızın bütün sahələrdə şəffaflığın, ədalətin daim zəfər çalacağına, qanunun aliliyinə olan inamlarını daha da artırır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun kökünün birdəfəlik kəsilməsinə hədəflənib: “Son günlərdə Ağstafa, Yevlax, Biləsuvar, İmişliİsmayıllı rayonlarında əməliyyatların keşirilməsi, icra hakimiyyəti başçıları, inzibati ərazi nümayəndəliklərinin vəzifəli şəxsləri tərəfindən qanuna zidd əməllərə yol verilməsinin qarşısının alınması bir daha onu göstərdi ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna mane olan mənfi amillər qətiyyətlə aradan qaldırılır. Əminik ki, korrupsiyaya və rüşvətxorluğa qarşı daha sərt mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.

pia.az

Ramin Məmmədov

Qaradağ rayon Ağsaqqallar Şurası sədrinin müavini

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar