Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar...

AZƏRTAC xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov görülən işlər barədə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib.

Son illər Azərbaycanda tarixi, mədəni, dini abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr icra olunur. Bu layihələr davamlı xarakter almaqla ümumilikdə, tarixi-mədəni irsimizin qorunub-saxlanılmasında, gələcək nəsillərə ötürülməsində çox mühüm rol oynayır. Bu baxımdan Şamaxıda Şahxəndan türbəsinin ətrafında geniş abadlıq işlərinin aparılması da xüsusi əhəmiyyəti ilə seçilir. Yaxın vaxtlarda isə abidənin konservasiyasına başlanacaq.

Milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə xüsusi önəm verən, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması sahəsində böyük addımlar atan Heydər Əliyev Fondu tərəfindən “Nəsimi ili” çərçivəsində dahi şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu Şamaxı rayonundakı Şahxəndan qəbiristanlığındakı türbənin ətrafında aparılan geniş abadlaşdırma işləri zamanı böyük hissəsi torpağın altında qalan türbənin ətrafı qazılaraq torpaq başqa əraziyə daşınıb, abidədə olduğu kimi səkkizguşəli döşəmə salınıb, türbəni ziyarət edənlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb.

Türbənin ətrafında təmizlik və abadlıq işləri avstriyalı bərpaçı-memar Erik Pumerin rəhbərliyi ilə aparılıb.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər yolu bağladı, rus general “Artsax” dedi - Sülhməramlıların yeni “tamaşası” -Video

Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir

Toylarla bağlı mühüm açıqlama: "Ramazan bayramından sonra.."

Oliqarx məmur Kəmaləddin Heydərovun ailə biznesinə yaxın şirkətlər ləğv edilir

Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

“Mən də insan idim…” – Əli Həsənov günahını yumağa başladı

“Bizə deyirdilər ki, Ramiz Mehdiyevdən başqa kimi istəyirsiniz söyün” - Hafiz Hacıyev

Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın gerçək tərəfləri

Vüqar Səfərlinin arxasınca kimlər gedəcək? – Növbəsini gözləyənlər...

Dollar yanvarın 21-də bu qiymətə satılacaq - Rəsmi

“Yeni Azərbaycan Partiyasının adına utanıram ki, Siyavuş Novruzov kimi üzvü var”

loading...

Ən çox oxunanalar