Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: “Turizm sektoru tam tənəzzülə uğrayıb”

“Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir”.

Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

“Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı. Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır”, - deyə o, qeyd edib.

“Əfsuslar olsun ki, bu il turizm sektoru tam tənəzzülə uğrayıb və əlbəttə, bizi məyus edir. Çünki çox böyük perspektivlər var idi. Ancaq indi yumşalma rejimi çərçivəsində daxili turizmin inkişafı, təşviq edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmalıdır. Hesab edirəm ki, kifayət qədər imkanlar var”, - deyə dövlət başçısı əlavə edib.

pia.az 


Etiket: Prezident


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar