Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlham Əliyev Paşinyanın cavabını ən yüksək səviyyədə verdi” – Aydın Mirzəzadə

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində dövlətimizin başçısının Rusiya Prezidenti Vladimir Putinlə görüşü Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf etdiyini bir daha təsdiqlədi

Bundan başqa, dövlətimizin başçısı beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi baxımından çox önəmli platforma olan “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında çıxış etdi. Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini işlətmişdi. Onun cavabını Prezident İlham Əliyev bu sessiyada “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə ən yüksək səviyyədə verdi.

PİA.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Deputat mətbuata açıqlamasında vurğulayıb ki, Ermənistanın baş naziri yalan bəyanatını bir qrup tərəfdarı qarşısında səsləndirmişdisə, Azərbaycan Prezidenti İlham Əliyev bu həqiqəti beynəlxalq tədbirdə – “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında səsləndirdi. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.

Onun sözlərinə görə, Prezident İlham Əliyev xalqımızın bu mövqeyini yüksək tribunadan bir daha bəyan etdi.

Ermənistan üçün bir daha aydın olmalıdır ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək əzmindədir. Azərbaycan sürətlə irəliləyir, iqtisadiyyatı inkişaf edir, beynəlxalq aləmdə nüfuzu artır, regional iqtisadi layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bunun əvəzində Ermənistan ortaya nə qoya bilir? Ermənistan zəifləyib, ölkədə sosial vəziyyət ağırlaşıb, əhali ölkəni tərk edir. Bundan başqa, Ermənistan regional layihələrdən də kənarda qalıb. Həqiqət Azərbaycanın tərəfindədir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gücünü və əzmini ortaya qoyur”– deyə, mətbuata açıqlamasında A. Mirzəzadə qeyd edib. (Demokrat.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar