Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev: “İdarəetmə sahəsində islahatlara böyük ehtiyac var”

Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib

"Bu il Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün fəal işlər gedir. Müntəzəm olaraq mənə məruzə edilir. Minlərlə yeni ev tikilib əsaslı təmir ediləcək. Dövlət vəsaiti ayrıldı. Yenə də demək istəyirəm ki, biz bu məsələyə çox operativ şəkildə yanaşdıq. Vətəndaşların problemlərini nəzərə alaraq çalışmalıyıq ki, bu işlər tez bir zamanda başa çatsın. Halbuki bu, ağır işdir, ilk növbədə, təhlil aparılmalıdır, komissiya işləməlidir, dəymiş ziyanın həcmi müəyyən edilməlidir və tikinti işləri aparılmalıdır. Əlbəttə ki, bu, zaman tələb edən bir məsələdir”.

Pia.az-ın xəbərinə görə, İ. Əliyev bildirib ki, baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması işinə həm dövlət qurumları, həm də özəl sektor qoşulub: “İşlər geniş vüsət alıb. Həm vətəndaşların evləri təmir olunur, yeni evlər tikilir, həm də çoxmərtəbəli binaların tikintisi başlamışdır. Çalışmalıyıq ki, bu məsələ də qısa müddət ərzində öz həllini tapsın. Mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrdə bu işləri sığorta şirkətləri görür. Vətəndaşın evi sığortalıdır, sığorta pulunu alır, gedir özü üçün ev tikir. Nəzərə alsaq ki, bizdə belə deyil, dövlət bu məsələni öz üzərinə götürür. Bir daha demək istəyirəm ki, ən gözəl nümunə göstərən ölkələrdən biri Azərbaycandır, həm keyfiyyət, həm müddət, həm operativlik və həm də vətəndaşlara qayğı baxımından".

İ. Əliyev qeyd edib ki, Azərbaycan dövləti ən ağır məqamlarda vətəndaşlarının yanındadır: “Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq", - dövlət başçısı əlavə edib.

Prezident vurğulayıb ki, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: "Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.

Biz regional inkişaf proqramını böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar