Cümə axşamı, 15 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İlham Əliyev: “Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini təqdim etməyib”

“Əsas çətinlik minalardan təmizləmə ilə bağlıdır. Çünki Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər”.

Bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Çünki döyüş əməliyyatları başa çatdıqdan sonra minalanmış ərazilərin xəritəsinin bizə verilməməsinə görə bir neçə hərbçi və mülki şəxs həlak olub. Bu gün əlimizdə olan resurslarla həmin ərazilərin qısa zamanda təmizlənməsi mümkün deyil. Biz növbəti dəfə erməni tərəfinin qeyri-səmimi olduğunun şahidi oluruq. Sözdə bir, əməldə başqadırlar. Biz onlara hərbi əsirləri qaytarmışıq, həlak olmuş hərbçilərin cəsədlərini qaytarmışıq. Müharibədən sonra mindən çox erməni hərbçinin nəşi tapılıb. Ancaq bizə minalanmış ərazilərin xəritəsini verməməklə, insanların ölməsinə göz yummaqla hansı əməkdaşlıqdan söhbət gedə bilər?! Əməkdaşlıq birtərəfli ola bilməz.

Bu gün müzakirə etdiyimiz əsas məsələlərdən biri də keçmiş köçkünlərin azad edilmiş ərazilərə qayıtmasıdır. Minalanmış ərazilərdən başqa, burada hər şey, bütün şəhərlər, kəndlər, infrastruktur dağıdılıb. Mən o ərazilərə getmişəm. Gedirsən və görürsən ki, bütün kəndlər dağıdılıb. Bir bina belə qalmayıb. Ağdamda, Cəbrayılda eyni vəziyyətdir. Zəngilan, Qubadlıda bir neçə bina qismən qalıb. Ona görə də biz hazırda ərazilərin minalardan təmizlənməsi ilə məşğuluq. Eyni zamanda vurulmuş ziyanın hesablanması ilə də məşğuluq. Bunun üçün biz öz ehtiyatlarımızdan aktiv şəkildə istifadə edirik. Bununla yanaşı, tapşırıq vermişəm ki, həmin şəhərlərin, qəsəbələrin baş planı hazırlansın”, - deyə İlham Əliyev qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qadınla intim videosu yayılan axund danışdı: “Xəyanətə görə boşanıb”

Dağlıq Qarabağın “işğaldan azad edilməsinə” nail olacağıq – Paşinyan sərsəmlədi

“Albert Rıji”nin qətli üçün ödənilən məbləğ açıqlandı

“Aqroservis” ASC-dən kobud tender pozuntusu: milyon yarımlıq tenderi udan şirkət kimə məxsusdur? - Foto

“Poseydon” - Rusiyanın “qiyamət günü” yarada biləcək silahı Nyu-Yorku xəritədən silə bilər...

Ukrayna böhranı: Rusiya Türkiyə ilə hava əlaqəsini dayandırır - Bu xəbərdarlıqdır, yoxsa qırılma nöqtəsi?..

Paşinyandan Hadrutu geri almaq cəhdindən danışdı

Paşinyan: "Türklər əlbəttə ki, düşməndir, ancaq bundan sonra neyləyəcəyimizi anlamalıyıq"

Prezidentin İrəvanla bağlı planları - Qarşımızda aşılacaq dağlar var...

Ən çox oxunanalar