Cümə axşamı, 17 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İlham Əliyev: “Bu gün Azərbaycanda güclü sahibkarlar sinfi yaranıbdır”

Bu gün Azərbaycanda güclü sahibkarlar sinfi yaranıbdır

Bunu Prezident İlham Əliyev Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilməsi zamanı məcbüri köçkünlərlə görüş zamanı deyib.

Dövlət başcısı deyib: "Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılıb. Hesab edirəm ki, bu istiqamətdə nailiyyətlər çox ümidvericidir. Bu gün Azərbaycanda güclü sahibkarlar sinfi yaranıbdır. İqtisadi inkişafımızın şaxələndirilməsi istiqamətində sahibkarların çox böyük rolu var. Dövlət öz tərəfindən çox ciddi islahatların aparılması istiqamətində addımlar atır və bu islahatlar yaxşı nəticələr verir. Bizim gəlirlərimiz artır. Bu ilin altı ayında gəlirlərimiz təxminən 400 milyon manatdan çox artmışdır. Biz, ilk növbədə, bu vəsaiti sosial layihələrə istiqamətləndiririk. Bildiyiniz kimi, bu il çox ciddi sosial paket təsdiqləndi, müavinətlər, o cümlədən məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətlər 50 faiz artırıldı. Problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapdı. Maaşlar, pensiyalar artırıldı. Bu, əlbəttə ki, islahatların birbaşa nəticəsidir. Çünki bu islahatlar bizə əlavə gəlirlər gətirir və biz bu gəlirləri, ilk növbədə, sosial sahəyə yönəldirik. Sosial sahə bundan sonra da bizim üçün prioritet sahə olacaq. Çünki Azərbaycan vətəndaşları ildən-ilə daha da yaxşı yaşamalıdır və biz buna nail olacağıq".(AzərTac)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: İlham Əliyev

Şərh yazın.

loading...

Ən çox oxunanalar