Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev 4 saatda su belə içmədi... - Mətbuat konfransının diqqət çəkən detalları...

Prezident İlham Əliyevin məhz 26 fevral – Xocalı soyqırımı günündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirərək yüksək diplomatik məharət, natiqlik nümayiş etdirməsi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirməsi, xüsusən də aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltməsi informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi. Dövlət başçısı 4 saat ərzində, su belə içmədən bir növ xarici media nümayəndələrinə, eləcə də Ermənistana və onun havadarlarına master-klas keçdi.

Azərbaycan və onun uğurlarına olan diqqətin nümunəsi

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də dediyi kimi, bu konfrans beynəlxalq medianın Prezident İlham Əliyev, Azərbaycan və onun uğurlarına olan diqqətin bir nümunəsidir.

Prezident İlham Əliyev tərəfindən 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media oqanının 50-yə yaxın sualı cavablandırıldı. Hər biri çox əhatəli suallar idi. Prezident tərəfindən dəqiqliklə, məntiqlə bu sualların hamsı ardıcıllıqla cavablandırıldı. Bunu Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti əzəmətli qələbə kimi qiymətləndirmək olar. Xüsusən də konfransın Xocalı faciəsinin 29-cu ildönümünə təsadüf etməsi beynəlxalq media vasitəsilə Xocalı həqiqətlərini geniş formada dünya ictimaiyyətinə çatdırmış oldu.

Ermənistanda revanşizm fikrinə düşənlərə açıq mesaj

Diqqət etdinizsə, Prezident İlham Əliyevin xüsusi məharəti, intellekti və səslənən suallara bir neçə dildə cavab verməsi xarici media nümayəndələrini heyrətləndirdi. Dövlət başçısı bütün suallara, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verdi, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri isə yerindəcə tərkisilah etdi. Xüsusən də Ermənistanda revanşizm fikrinə düşənlərə öz açıq mesajlarını verdi. Onları bu fikirlərdən daşınmaya çağıran dövlət başçısı əks təqdirdə "dəmir yumruğu" yenidən üzərlərində hiss edəcəklərini vurğuladı.

Azərbaycanla Ermənistanın fərqinin çox aydın izahı

Dövlət başçısı, həmçinin müharibə dövründə Azərbaycanla Ermənistanın fərqinin çox aydın izahını verdi. Azərbaycanın Vətən müharibəsi dövründə dinc erməni xalqına münasibətdə sərgilədiyi nümunəvi addımları və Ermənistanın davranışlarını müqayisəli şəkildə elə təqdim etdi ki, artıq bütün dünya bir daha erməni xislətinin nəyə qadir olduğunu anladı. Bu istiqamətdə dövlət başçısının gətirdiyi bir misala diqqət edək:

"Azad edilmiş bir kənddə iki yaşlı insan yiyəsiz qalmışdı. Yəni oradan qaçan "qəhrəman" erməni əsgərləri onları qoyub qaçmışdılar. Bir qadın idi, bir də kişi. Onların yaşı çox idi. Onları biz gətirdik, xəstəxanaya yerləşdirdik. Ondan sonra da Ermənistan tərəfi ilə əlaqə saxladıq ki, biz dövlət sərhədində onları təhvil vermək istəyirik. Biz onları sərhədə gətirəndə onlar yaşlı qadını qəbul etdilər, yaşlı kişini qəbul etmədilər. Dedilər ki, bu, artıq xəstədir. Bizim də buna baxmağa imkanımız yoxdur. Bunun heç bir qohumu yoxdur. Əgər biz bunu qəbul etsək, buna kim baxacaq? Baxın, bu əxlaqsızlığın dərəcəsi varmı, yoxsa yox? Biz nə qədər səy göstərsək də, - Qırmızı Xaç da bunun şahididir, biz bunu Qırmızı Xaçın iştirakı ilə edirdik, - ondan imtina etdilər. O yaşlı kişi bizdə qaldı. Qırmızı Xaç onu bizim köməyimizlə xəstəxanaya yerləşdirdi. Bütün səylərə baxmayaraq, bir müddətdən sonra o rəhmətə getdi. Biz bunu da edirdik. Amma onların cavabı nə oldu. Ona görə, biz bu gün də bəyan edirik və mən Prezident kimi bunu deyirəm, bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Onların arasında heç bir ixtilaf yoxdur. Rusiyada, Ukraynada, Avropada. Bizim mövqeyimiz bundan ibarətdir. Amma bu, birtərəfli məsələ deyil. Erməni xalqı da buna hazır olmalıdır. Amma əfsuslar olsun ki, erməni xalqının beynini o qədər zəhərləyiblər ki, onların bu xəstəlikdən xilas olmaları üçün gərək daha böyük səylər göstərilsin...".

Azərbaycan regionda sülhün tərəfdarı kimi

Bir sözlə, regionda baş verən erməni vəhşiliyinin birbaşa olaraq ölkə rəhbəri tərəfindən xarici və kifayət qədər güclü media nümayəndələrinin diqqətinə çatdırılması Xocalı gerçəklərinin də daha geniş coğrafiyaya yayılmasına və dərk edilməsinə kömək edəcək.

Prezident İlham Əliyev konfransda İslam ölkələrinə konkret bir mesaj verdi - məscidlərdə donuz saxlayaraq İslam dinini təhqir edən ölkədən İslam dövlətlərinə dost ola bilməz. Konfransda diqqət çəkən növbəti bir məqam regionun gələcəyi ilə bağlıdır. Verilən mesaj o idi ki, Azərbaycan regionda həmişə olduğu kimi, sülhün tərəfdarıdır və bunun daha da möhkəmlənməsi üçün əlindən gələni edəcək.

Kifayət qədər vacib məqamlarla zəngin olan mətbuat konfransında eyni zamanda dil məsələsinə də toxunuldu. Ölkə başçısı açıq şəkildə bir daha ifadə etdi ki, Azərbaycanda yalnız bir dövlət dili var, o da Azərbaycan dilidir. Ölkəmizin digər ərazilərində olduğu kimi, işğaldan azad olunmuş yerlərdə də yalnız bir dil, Azərbaycan dili olacaq.

Bütövlükdə mətbuat konfransı Azərbaycan həqiqətlərinin, regionda yaranmış yeni reallıqların və bu bölgənin gələcəyi ilə məqamların aydınlanması baxımdan kifayət qədər uğurlu oldu.

4 dildə müsahibə verən yeganə dövlət başçısı

Dövlət başçımıza ünvanlanan suallardan o da aydın olurdu ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın mövqeyini dinləmək, ölkəmizin bu proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib. Çünki regionda faktiki yeni reallıq yaranıb. Bu mənada dünya mediasının əsas diqqəti Azərbaycanın böyük qələbəsinə, regionda yaranan yeni reallıqlara yönəltməsi təsadüfi deyildir. Biz dünya mediasının Azərbaycana olan marağının 44 günlük Vətən Müharibəsi dövründə də şahidi olmuşduq. Budəfəki mətbuat konfransı isə 4 saatdan artıq davam etdi. Səslənən suallar, media mənsublarının təəssüratları və 4 dildə müsahibə verən yeganə dövlət başçısı göstərdi ki, Prezident İlham Əliyev jurnalistlər tərəfindən maraqlı müsahib kimi qəbul olunur.

Beləliklə, dünənki mətbuat konfransı ilə xarici mediada Prezident İlham Əliyevin əsas mesajlarının manşetlərə, başlıqlara çıxması, onların geniş rezonans doğurması, maraqla izlənməsi Azərbaycanın dünyadakı nüfuzunu vəmövqeyini daha da möhkəmləndirdi. Dünya ölkələri Azərbaycanın haqq səsini və haqq davasını bir daha ən yüksək tribunadan eşitdi və tam əminliklə deyə bilərik ki, dövlət başçısının dünənki master-klası Azərbaycan üçün nə qədər faydalı oldusa, Ermənistan üçün bir o qədər də zərbə oldu.  (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar