Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İldə təxminən 700 həkim bu ölkədən gedir

Dəyərləndirmələrə əsasən, ildə təxminən 700 həkim İrandan gedir

Bunu İranın Tibb Təşkilatının baş direktoru doktor Məhəmməd Rza Zərəfqəndi deyib.

M.Zəfərqəndinin sözlərinə görə, İrandan gedən həkimlərin təxminən 400-ü ümumi həkim, 300-350-si isə mütəxəssis həkimdir.

Zəfərqəndi əlavə edib ki, əlbəttə bu tam statistika deyil, çünki təşkilat bütün məlumatları əldə edə bilmir: “İranın Tibb Təşkilatında təxminən 85 min ümumi həkimin tibbi fəaliyyəti ilə bağlı qeydiyyat nömrəsi var. Lakin onların təxminən 40 min nəfəri işləmək lisenziyası alıb”.

Təşkilat rəsmisi bildirib ki, buna əsasən həkimlərin bir hissəsi ya başqa peşələrlə məşğul olur, ya da ölkədən çıxıblar: “Statistika və standartlara əsasən, İranda həkim çatışmazlığı yoxdur. Lakin problem budur ki, İranın müxtəlif bölgələrində, o cümlədən məhrum bölgələrdə (iqtisadi və sair sahələrdə zəif olan bölgələrə İranda məhrum bölgələr deyilir) səhiyyə şəraiti və tibb işçilərinin işə götürülməsi təmin edilməyib”.

Zəfərqəndi vurğulayıb ki, hesablamalara əsasən, bir tibb tələbəsinin yetişdirilməsi üçün 8-10 milyard rial (təxminən 190-238 min dollar) vəsait xərclənir.(trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Ən çox oxunanalar