Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İkinci Avropa Oyunlarında Azərbaycan 79 idmançı ilə təmsil olunacaq

Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında 79 idmançı ilə təmsil olunacaq

Bu barədə Azərbaycanın şef de-missionu, Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Belarusun paytaxtına 165 nəfərə yaxın heyətlə yollanacaq. Onlardan 121 nəfəri Atletlər kəndində qalacaq.

“Minsk 2019” II Avropa Oyunları 21-30 iyun tarixlərində keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.

I Avropa Oyunları 2015-ci il 12-28 iyunda Bakıda təşkil olunub. Azərbaycan millisi bu yarışda 21 qızıl, 15 gümüş və 20 bürünc olmaqla, əldə etdiyi 56 medalla 2-ci yeri tutub. Rusiya yığması isə ən çox - 164 medal (79 qızıl, 40 gümüş və 45 bürünc) götürüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar