Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki qütbə parçalanan ABŞ - Amerika demokratiyasına nələr olur?..

ABŞ-ın dövlət ənənələrin darmadağın edən və Amerika sisteminin iki əsas partiyası arasında qarşıdurmanın böyüməsi bu supergücün gələcəyinə nə vəd edir?..

Politoloq: “ABŞ-da baş verənlər normal qaşılanmalıdır. Çünki demokratiya bunu tələb edir”.

“Seçki dövründə Trampın əsas rəqibi Demokratlar partiyası yox, Respublikaçılar partiyasından ayrı-ayrı qüvvələr olacaq”.

Bu sözləri politoloq Zaur Məmmədov son günlərdə amerika demokratiyasında baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ABŞ Senatı impiçment prosesindəki hər iki maddəyə görə prezident Donald Trampa bəraət verib. Beləliklə, Ağ Evin rəhbəri ittiham edilməyəcək və hakimiyyətdən uzaqlaşdırılmayacaq.

Senatorlar Trampı vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə mane olmaq ittihamı ilə təqsirli bilməyiblər. Bununla da Trampın impiçment prosesi bitmiş hesab edilib.

Qeyd edək ki, ABŞ prezidentinin hakimiyyətdən uzaqlaşdırılması üçün senatorların səslərinin üçdə ikisi tələb olunurdu. Lakin Senatda çoxluq təşkil edən Respublikaçılar Trampa qarşı impiçmentin tam əleyhinədirlər.

ABŞ Konqressində isə prezident Trampın ölkədəki vəziyyət haqqında çıxışı zamanı yaşanan qalmaqal bütün dünyanın diqqətini çəkib. Qaydalara zidd olaraq prezident çııxışından sonra Konqressin aşağı palatasının spikerinin əlini sıxmaqdan imtina edib, əvəzində isə spiker Nelsi Pelosi prezidentin çıxış mətnini cırmaqla prezidentə cavab verib.

Qeyd edək ki, bu kimi hallar ABŞ tarixində ilk dəfədir ki, yaşanır və bir çox analitiklər artıq Amerika cəmiyytətinin iki qütbə parçalandığını xüsusi olaraq vurğulayırlar. Analitiklər hesab edirlər ki, bu qütblə.mə Tramp hakimiyyətdən getsə belə davam edəcək.

ABŞ-ın dövlət ənənələrin darmadağın edən və Amerika sisteminin iki əsas partiyası arasında qarşıdurmanın böyüməsi bu supergücün gələcəyinə nə vəd edir? Amerika cəmiyyətindəki qütbləşmənin bu ölkənin əsrlərdən formalaşan ənənələrini dağıda bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “ABŞ-ın müasir tarixində Tramp ilk prezidentdir ki, ənənələri dağıdaraq bir qədər fərqli siyasət yürütmək istəyir”.

Trampın arxasında olan qüvvələrin bir qədər fərqli mövqeyə sahib olan qüvvələr olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında bildiirb ki, Trampın arxasında olan qüvvələr iqtisadi məsələlərlə, ABŞ-ın dünyadakı yeri ilə bağlı fərqli taktika sərgiləyirlər:

“Əslində ABŞ-da baş verənlər normal qaşılanmalıdır. Çünki demokratiya bunu tələb edir. Demokratiyanın özəlliyi ondan ibarətdir ki, bütün siyasi, ictimai xadimlər mənsub olduqları partiyadan, tutduqları vəzifədən asılı olmayaraq fərdi, şəxsi azadlıqlara malikdirlər. Onların şəxsi siyasi fikirləri bəzən partiyanın siyasi fikirləri ilə də toqquşsa bilər.

Tramp hakimiyyətə gələndən sonra onun ətrafında baş verənlər bir neçə məsələ ilə bağlıdır. Əvvələr də ABŞ-da hər zaman Respublikaçılar və Demokratlar arasında mübarizə olurdu. Lakin bu mübarizə impiçment məsələsinin qaldırılması ilə bağlı baş vermirdi. Onlar arasında mübarizə bir qədər sakit şəkildə keçirilirdi.

Amma Tramp hakimiyyətə gəldikdən sonra onunla bağlı qalmaqallar demək olar ki, hər ay yaşanmaqdadır. Bunun da əsas səbəbi ondan ibarətdir ki, ABŞ-ın müasir tarixində Tramp ilk prezidentdir ki, ənənələri dağıdaraq bir qədər fərqli siyasət yürütmək istəyir. Trampın arxasında olan qüvvələr də bir qədər fərqli mövqeyə sahib olan qüvvələrdir. Yəni Trampın arxasında olan qüvvələr iqtisadi məsələlərlə, ABŞ-ın dünyadakı yeri ilə bağlı fərqli taktika sərgiləyirlər.

Zaur Məmmədov: “Demokratiyanın özəlliyi ondan ibarətdir ki, bütün siyasi, ictimai xadimlər mənsub olduqları partiyadan, tutduqları vəzifədən asılı olmayaraq fərdi, şəxsi azadlıqlara malikdirlər”.

Güclü yəhudi qruplarının müdafiə etdiyi Respublikaçı namizəd Donald Trampın əleyhinə dünən Senat səs verilmədi. Bu da o deməkdir ki, hakimiyyətdən vaxtından əvvəl getmək qorxusu ABŞ prezidentinin qarşısından çəkilir. Seçki dövründə isə Trampın əsas rəqibi Demokratlar partiyası yox, Respublikaçılar partiyasından ayrı-ayrı qüvvələr olacaq.

Hər bir halda ABŞ dünyanın bir nömrəli demokratik ölkələrindən biridir. Hakimiyyət uğrunda isə yuxarı, siyasi elitalarda bir-biri ilə çəkişən qüvvələr var. Həmin qüvvələr seçkilərdə öz adamlarını hakimiyyətə gətirmək istəyirlər. Xalq isə teatrı seyr etməkdə davam etməkdədir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar