Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki marşrut xəttinin sahibini qətlə yetirən "Hozu Rauf" saxlanılıb - Foto - Video - Yenilənib-2

Sabunçu rayonu ərazisində baş verən hadisənin təfərrüatları məlum olub

Bakının Sabunçu rayonunda odlu silahla yeznəsi Məmmədov Ramiz Hümbət oğlunu qətlə yetirən şəxs saxlanılıb.

ONA xəbər verir ki, "Hozu" ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.

Cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

***

Saat 02:57

Bakının Sabunçu rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.

ONA-nın məlumatına görə, Məmmədov Ramiz Hümbət oğlu öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla qətlə yetirilib.

Artıq Sabunçu rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsindədir və ərazidə müayinələr aparılır. R.Məmmədovun güllələndiyi yerdən cinayətdə istifadə olunmuş odlu silahın gilizləri də aşkar edilib.

Onu da qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən R.Həsənov "Hozu" ləqəbi ilə tanınırmış. Mərhum R.Məmmədovun isə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.

***

Saat 02:10

Bakıda silahlı insident zamanı güllələnən Məmmədov Ramiz Hümbət oğlu xəstəxanada dünyasını dəyişib.

ONA-nın məlumatına görə, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, R.Məmmədov İlkin adlı şəxs tərəfindən güllələnib. O, odlu silahdan açılan çoxsaylı qırma yaraları ilə xəstəxanaya çatdırılmışdı.

Məlumata görə, R.Məmmədov Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən marşrut xətlərindən birinin sahibi imiş. O, avtomobilindən düşən zaman güllələnib. Onu güllələyən şəxs isə hadisə yerindən qaçıb.

***

Saat 01:58

Bakının Sabunçu rayonunda silahlı insident olub.

ONA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində törədilib.

İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu İlkin adlı şəxs tərəfindən güllələnib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək R.Məmmədova ağır xəsarətlər yetirib. Vəziyyəti kritik olan R.Məmmədov hazırda xəstəxanadadır və üzərində cərrahi əməliyyat aparılır. Onun aşağı ətraflarından və qarın nahiyəsindən çoxsaylı yaralar aldığı deyilir. Ehtimal olunur ki, silahlı şəxs ona lüləsi kəsilmiş ov silahından ("Obrez") atəş açıb.

Faktla əlaqədar Sabunçu polisi və Prokurorluğu əməliyyat-axtarış işlərinə başlayıb.

pia.az

Fotolar




Etiket: Hozu Rauf qətl

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar