Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki dünya savaşının aktyorları yenidən səhnədə

Almanlarla ingilislərin toqquşması dünyanı çalxalayır...

 

Ərgün Dilər

“Takvim”, Türkiyə, 11 mart 2020-ci il

Ölkə daxilinə baxılaraq siyasi partiyalar, liderlər, yeni qurulan və qurulacaq olan hərəkatlar haqqında çox şey yazıla bilər. Bu, dünyanı anlamağa da yarar. Ancaq bu işə girməmək üçün Türkiyəyə xaricdən baxmaq yolunu seçirəm. İşimiz baş verənləri anlaya və anlada bilməkdir. Gəlin, bu gün yenə bildiyimiz yolla gedək.

ABŞ haqqında nə qədər çox yazdığımı bilirsiniz. Bu gün ora toxunmadan gedək. Finalda onların davranışı, əlbəttə, önəmlidir. Amma savaş indi Avropa daxilində gedir.

Avropadan Amerikaya uzanaq. Amerika daxilində ən güclü olan cərəyanlar alman və ingilislərə məxsusdur. Fransızlar da zəif deyillər. Almanların, o qədər bilinməsə də, sayları da, təsirləri də çoxdur. Almaniya və ABŞ-da bir əfsanə – Mulenberq əfsanəsi vardır. 1794-cü ildə ABŞ Nümayəndələr Palatasında bir qrup alman qanunların alman dilinə tərcümə edilməsi üçün müraciət edir. Səsvermə zamanı təklif 41-ə qarşı 42 səslə rədd edilir. Alman soyundan gəlməsinə rəğmən, bitərəf qalan şəxs də Frederik Mulenberq olur. Rəvayət belədir. Hətta “Almanları nə qədər tez amerikalı edə bilsək, o qədər yaxşı olar” dediyi də söylənilir.

İngiltərə Amerikada onsuz da güclüdür. ABŞ-ın dili ingilis dilidir. Dəfələrlə yazdığım kimi, İngiltərə Kraliçası II Yelizaveta Vindzor xanədanının üzvüdür. Bu xanədan da kökü etibarilə almandır. Hannover xanədanı idi. Sıxıntı da budur. İki dünya müharibəsi ailə arasındakı anlaşmazlıqlar üzündən çıxmışdır. Hannover xanədanlığı 1714-cü ildən sonra Böyük Britaniya Krallığını da idarə etməyə başladı. İlk Kral I Corc idi. Alt qolu da Vindzorlar, yəni II Yelizaveta idi. Qarşısında da müqəddəs Roma german imperiyasının varisləri vardı. Almanlar özlərini belə görürdülər. 962-1806-cı illər arasında Avropanın ağaları idilər. Avropa daxilindəki müharibələri, ailələri və ittifaqları yaxşı bilmirik. Durum belə olunca, Amerikanı anlamaq da çətinləşir. İki böyük müharibə də Avropadan çıxmışdır. Səbəbi ailədaxili mübarizədir. Doğrusu, 3-cüsü də qapıdadır. Qaynağı yenə Avropadır.

İndi isə gündəlikdəki məsələlərə keçək. Heç kimi günahlandırmaq istəmirəm. Sadəcə anlaşılması üçün nümunə göstərirəm. Osman Kavala “Konstitusiya quruluşunu pozmağa təşəbbüs”ə görə həbs edilmişdi. “Siyasi və hərbi casusluq” iddiası da gündəliyə gəldi. Kavalaya görə reaksiya verənlərin başında Almaniya gəlir. AB də 2-cidir. Kavala təkrar həbs edilən kimi, AFR Xarici işlər naziri Heiko Maas “Heç bir şəkildə ağlabatan deyil” deyərək, reaksiya verdi. İddialar arasında Kavalanın MKİ-dən olan Henri C. Barki (Henri J. Barkey) ilə dostluğu da var idi. Bu, 15 iyuldan sonra sığınma istəyən hərbçilərin Almaniyada olması, NATO çətiri altında qalması kimi, Almaniya ilə ABŞ arasındakı əlaqənin ip ucu idi. Mülki şəxslər də ya Almaniyaya, ya da ABŞ-a gedirdi.

Kraliça II Yelizaveta və Bukinqem sarayı əvvəldən bəri ABŞ-da respublikaçılara yaxın idi. ABŞ-ı beləcə yanlarına çəkirdilər. Tramp da respublikaçıdır, lakin alman soyludur. Bu, bir ilk idi. London səfəri zamanı Trampın Kraliçanı Vindzor qəsrində 20 dəqiqə gözlətməsi və gəzərkən alçaltması heç unudulmalı bir şey deyildir.

Demokratların isə bir ucu Hillari, Obama, Con Kerri kimi, İrlandiyaya qədər gedib çıxardı. Yəni bu, anqlosakson-kelt savaşıdır.

Davam edək. Deyəsən, 2015- ci il idi. Parisdə Fransa və Almaniya milli komandalarının matçı var idi. “Stade de France”-ın ətrafı mühasirəyə alındı. İŞİD ortaya çıxdı. Həmin dəqiqələrdə “Bataclan”-a hücum oldu. Paris qana bulandı. Fransa Prezidenti Fransua Olland stadionu çətinliklə tərk etdi. 175 adam can verdi. Bir güc Fransa ilə Almaniyanın dostluğuna etiraz edirdi. Problemin mərkəzi də bura idi.

Bizi də bu nöqtə maraqlandırırdı. Köç böhranı, İdlib, Liviya, Həftər, kürd dövləti layihəsi, Fəratın şərqi, Rusiya böhranı – hamısı eyni nöqtədə birləşirdi. Bunu İranı da daxil edərək “İpək yolu”na qədər uzada bilərsiniz.

Ancaq zaman keçdikcə ittifaqların rəngi dəyişdi. Son İdlib hücümünda bu, aydın göründü. Xatırlayırsınızsa, Boris Conson Türkiyəyə gələn zaman bunları söyləyirdi: “Birləşmiş Krallıq xarici siyasətdə üfüqlərini genişləndirəcək. Türkiyə və dostlarımızla əlaqələrimizi çox gücləndirəcəyik. Qlobal Britaniya dedikdə, bunu nəzərdə tuturuq. Türkiyə vazkeçilməz bir ortağımızdır. Qarşı-qarşıya olduğumuz təhlükələrin önündə Türkiyə dayanır.”

Məncə, Consonun bu çıxışından sonra İngiltərə-Almaniya savaşını gizlətmək artıq mümkün deyildir. “Stade de France”-da başlayan hücumdan sonra Fransa və Almaniya daha da yaxınlaşdı və təsir sahələrini canlandırmağa çalışdılar. Makron hakimiyyətə gəlsə də, bu durum dəyişmədi, Merkellə birgə yürüdü.

Bu ittifaq təsir etdikləri ölkələrlə birlikdə Liviyada da, Suriyada da, Aralıq dənizində də qarşımıza dikildi. Onlar Türkiyənin İngiltərə ilə birgə hərəkət etməsinə qarşı etiraz edirdilər. Hesab edirdilər ki, Tramp respublikaçı olduğuna görə İngiltərə vasitəsilə Ankaraya müsbət təsir edir. Ancaq kürd məsələsində həm Almaniyanın, həm də Fransanın mövqeyi ABŞ-la eynidir. Çox ortaq nöqtə var idi. PKK ABŞ-da çox görünmür, lakin Almaniya və Fransada əl-qolunu sallayıb gəzir. Verilən dəstəyin sərhəddi yoxdur. Eyni şəkildə Moskvada da dəstək ala bilir.

ABŞ hərbçiləri Suriyadakı bir çox müşahidə nöqtələrini fransızlarla paylaşırdı. Almaniya-ABŞ ittifaqının Liviyada “Vaqner qrupu”na dəstək verməsi gizli deyildir. Müqəddəs Romanın varisləri Rusiyanı da yanlarına almışdılar. Putini sarsıdıcı zərbə ilə məhdudlaşdırmışdılar. “Rus dərin dövləti” yanlarında idi. Bu xətt Vaşinqtonadək uzanmaqda idi. Ərdoğanın Kremldə gözləyərkən çəkilən görüntüləri də bu məktəb tərəfindən sızdırıldı.

Ankara İngiltərə ilə bir hərəkət etmək istəyir, ancaq bu ittifaq qarşı çıxır. Məqsədləri Ərdoğanı mühasirəyə almaq, məhdudlaşdırmaqdır. Türkiyə, alman-fransız-rus ittifaqının yanında olduğu anda qarşı tərəfin söz haqqı qalmaz. Ancaq Türkiyə Londonla yan-yana gəlincə, Avropa ittifaqı çətinə düşər. Türkiyə mərkəzdə olub balans yaradan ölkədir. Bütün səylər Türkiyənin xarici vektorunu dəyişmək üçündür. Türkiyə yolunu dəyişdiyi anda ingilislər burada olmayacaqdır. Onlar üçün Aralıq dənizi də, Orta Şərq də bitəcəkdir. Almanlar qazanacaqdır.

İki böyük savaşın aktyorları yenə səhnədədir. ABŞ da uzaqdan izləyərək, buralarda savaşın böyüməsini istər kimi davranmaqdadır.

Tramp nə dedi? Dedi ki, “Buraxaq Türkiyə ilə Suriya savaşsın. Bizə nə?!” O, Suriya dedikdə Rusiyaİranı nəzərdə tuturdu. Arxada da Avropa dayanır. Belə təsəvvür yaranır ki, ABŞ ayaqda qala biləcək qüvvə ilə birgə hərəkət edəcək. Dünya toz-dumana büründüyü halda bunu görmək asan deyil, lakin Avropanın öz daxili savaşından sonra səhnəyə çıxacağı, həm də hər iki tərəfə dəstək verərək çıxacağı məlumdur. Baş verən hadisələri düzgün anlamaq heç bu qədər dəyərli olmamışdı. 2020-ci ildə çox şey görəcəyik.(Tərcümə Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar