Çərşənbə, 28 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

III Avropa Oyunlarının proqramına 23 idman növü daxil edildi

2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramındakı idman növlərinin ilkin siyahısı açıqlanıb.

PİA.az-ın məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsi (EOC) və Polşa nümayəndə heyəti arasında İtaliyanın paytaxtı Romada keçirilmiş görüşdə razılığa gəlinib.

İdman növlərinin yekun siyahısı müəyyənləşdirilərkən əsas meyar onların həm də Avropa çempionatı statusu daşıması və ya 2024-cü il Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması olub. Yaxın vaxtlarda Avropanın müvafiq idman federasiyalarının hər biri ilə yekun danışıqlar zamanı da belə bir şərt irəli sürüləcək.

III Avropa Oyunlarının proqramına salınmış idman növlərinin ilkin siyahısı:

Kamandan oxatma

Sinxron üzgüçülük

Badminton

Basketbol 3x3

Çimərlik həndbolu

Breyk-dans

Kanoe (kayak və kanoe, kanoe slalom)

Velosiped idmanı (BMX, şosse)

Qılıncoynatma

Gimnastika

Cüdo

Karate

Müasir beşnövçülük

Dağ qaçışı

Reqbi7

Atıcılıq

Trampilindən tullanma (yay)

İdman dırmanması

Stolüstü tennis

Triatlon

Voleybol (çimərlik voleybolu, voleybol)

Ağırlıqqaldırma

Güləş

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə Belarusun paytaxtı Minskdə keçiriləcək. III Avropa Oyunlarının isə 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İrəvanı indiki duruma salan 21 illik sirr: Quluzadə açıqlamışdı…

"Paşinyan, arvadına de, özünü güldürməsin!" - Aybəniz Haşımova

Diqqət!“WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir - Foto

“Xankəndi itirilən kimi Paşinyan devriləcək” - Rusiyalı ekspert

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub yazdılar

Separatçıların “müdafiə naziri” belə məhv edildi - Video

Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, yaralananların sayı 13- ə çatıb- Yenilənib 2, Fotolar

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - Video

Aprel döyüşlərində düşməni 8 km geri çəkilməyə məcbur edən silah

loading...

Ən çox oxunanalar