Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

III Avropa Oyunlarının keçiriləcəyi şəhər iyunda açıqlanacaq

2023-cü il III Avropa Oyunlarının məkanı Avropa Olimpiya Komitələrinin (EOC) Belarusun paytaxtı Minskdəki Növbədənkənar Baş Assambleyasında müəyyənləşəcək

Bu barədə TASS-a müsahibəsində Aropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanez Kotsiyançiç bildirib. Sloveniyalı funksioner deyib ki, iclas "Minsk 2019" II Avropa Oyunları ərəfəsində gerçəkləşəcək. Kotsiyançiç bir neçə şəhərin Oyunlara ev sahibliyi etmək istəyini ifadə etdiklərini bildirib: "Namizədlərdən ərizə qəbulu üçün açıq prosedur mövcuddur. Bir neçə şəhər Oyunların təşkilatçısı olmaq istədiyini açıqlayıb. "Minsk 2019" ərəfəsində EOC-un Növbədənkənar Baş Assambleyası keçiriləcək və biz növbəti Oyunların ev sahibini seçəcəyik. Ərizə qəbulu proseduru açıq olduğundan, namizədləri hələlik açıqlamaq istəməzdim. Amma xüsusi maraq göstərən iki şəhər var. Səsvermə qapalı olacaq. Bu səbəbdən, 50 Milli Olimpiya Komitəsi qarşısında namizədləri açıqlamaq və kiməsə üstünlük vermək düzgün olmazdı".

Hazırda III Avropa Oyunlarını keçirməyə Rusiyanın Kazan və Polşanın Katovitse şəhərlərinin iddialı olduqları bildirilir.

Qeyd edək ki, "Minsk 2019" II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. İlk Avropa Oyunları isə 2015-ci il 12 - 26 iyunda Bakıda təşkil olunub.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar