Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

II Elizabetdən nəvəsi Harriyə sərt qadağa

Böyük Britaniya kraliçası II Elizabet şahzadə Harriyə və Meqan Markla “Sasseks hersoqları” titulundan və “kraliyyət” sözündən kommersiya məqsədləri üçün istifadə etmələrini qadağan edib...

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Meqan Markl və şahzadə Harri “kral ailəsinin böyük üzvləri” vəzifələrindən imtina etdikləri və maddi cəhətdən müstəqil olmaq istədiklərini ifadə etdikləri üçün bundan sonra “kraliyyət” sözünün bu kontekstdə istifadəsinə yenidən baxılması lazım olacaq. Danışıqlar hələ davam edir” - deyə nəşr yazıb.

Söhbət əsasən Harri və Meqanın Kanadaya köçdükdən sonra yaratdıqları “Sussex Royal”, “The Foundation of the Duke and Duchess of Sussex” qeyri-kommersiya xeyriyyə təşkilatının adından gedir.

Cütlük ailələri üçün yeni saytın yaradılmasına külli miqdarda pul xərcləyib. Bundan başqa, onlar geyim, dəftərxana ləvazimatları və kitablar daxil olmaqla bir sıra məhsullara ticarət markası kimi “Sussex Royal” unvanını qeyd etmək istəyirdilər. Aydındır ki, onlar indi geniş miqyaslı rebrendinq aparmalı olacaqlar. Cütlüklərin 11 milyon izləyicisi olan @sussexroyal “Instagram” səhifələrini də eyni aqibət gözləyir.

Meqan və Harri çox kədərləndiklərinə baxmayaraq, kraliçanın qərarı ilə razılaşdıqlarını bildiriblər.

Onlar ümid edirdilər ki, yeni həyatlarında kraliyyət titullarından istifadəyə davam edə bilərlər.(oxu.az)

pia.az


Etiket: II Elizabet


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar