Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İgid döyüşçümüzə medal verildi - Foto

Bu gün Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu qazimizin müalicə olunduğu hospitala gedərək onu ziyarət edib, ailə üzvləri ilə görüşüb

Müdafiə Nazirliyin mətbuat xidməti xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə ötən ilin baharında Ankaraya gedərək Qoşqar Hacıyevlə görüşmüş, müalicəsi ilə yaxından tanış olmuş əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani həmin görüşü xatırlayaraq bildirib ki, Qoşqar bir möcüzə və həkimlərin səyi nəticəsində ölümün pəncəsindən xilas edilib. “Düşmən gülləsindən ölməmişəmsə, deməli mənə ölüm yoxdur” - deyən yaralı əsgər, o vaxt tezliklə sağalıb ayağa durmaq və düşməndən intiqamını almaq arzusunda olduğunu demişdi.

Ali Baş Komandan adından Müdafiə nazirinin əmri ilə Q.Hacıyevin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilməsi xəbəri həm yaralı əsgəri, həm də ailə üzvlərini sevindirib. Əsgərin anası Pəri xanım oğlu yaralandığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu minnətdarlıqla nəzərə çatdırıb və deyib: “Doğrudur, oğlumun vəziyyəti olduqca ağırdır. Beyin daxilində hələ çoxsaylı qəlpələr var, ancaq ümidimizi üzmürük. Həkimlər də gecəli-gündüzlü oğlumun keşiyindədirlər. Ancaq biz belə diqqəti, qayğını görəndə təsəlli tapırıq. Oğlum istefaya buraxılsa da Müdafiə Nazirliyi onu unutmur. Bu bizə ürək-dirək verir. Nə etməli, Qoşqar öz sinəsini Vətənimizə tuşlanan güllələrə sipər edən oğullarımızdandır. Digər iki oğlum da hər an döyüşə hazırdır. Bu döyüş medalı isə oğluma xidmətdə verilən ən yüksək qiymət kimi bizi sevindirdi”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar