Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İƏT Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibliyi Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Bu barədə təşkilatın saytında məlumat verilib.

Azərbaycanın Xocalı şəhərində baş verən soyqırımın 29-cu ildönümü münasibətilə İƏT Baş katibi Yusif bin Əhməd əl-Useymi faciə zamanı həyatını itirənləri yad edir.

İƏT Baş katibliyi Xocalı soyqırımının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində baş verdiyini bir daha vurğulayır.

2013-cü ildə Qahirədə keçirilmiş İslam Zirvəsinin 12-ci iclasında Qahirə Yekun Təqdimatı (Paraqraf 117) və Xarici İşlər Nazirləri Şurasının 27-28 noyabr tarixlərində Niger respublikasının Niamey şəhərində keçirilmiş 47-ci Sessiyasında “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” haqqında müvafiq qərar qəbul edilib. Bu qərarda işğal altındakı Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətlər hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi qiymətləndirilib.

Bu kədərli hadisə ilə əlaqədar Baş katib Ermənistan-Azərbaycan münaqişəsinin suverenlik, ərazi bütövlüyü və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında siyasi yolla həll edilməsinə çağıran qətnamələrini, qəbul edilmiş normalara uyğun olaraq beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini xatırladır”, - deyə bəyanatda qeyd olunub.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar